Accessibility links

Vaşinqtonun Botanika Bağında sərgi [Video]


Vaşinqtonun Botanika Bağında sərgi
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Vaşinqtonun Botanika Bağında sərgi

Vaşinqtonun Botanika Bağının Milli Park Xidmətinin 100-cü ildönümü münasibəti ilə təşkil etdiyi sərgi çox sayda insanı cəlb edib. Burada Azadlıq heykəli və Yellouston milli parkı kimi 50 müxtəlif parkın modelləri nümayişə qoyulub.

Vaşinqtonda qışdır. Amma Botanika Bağında mövsüm hiss olunmur. Ziyarətçilər xüsusi bir tədbirin şahidi olur.

Bütövlüklə bitki materiallarından düzəldilən 50 park modeli ölkənin ən məşhur yerlərini təcəssüm etdirir.

Azadaqlı heykəli, Grand Cnayon və Ruşmore dağı…

Devin Dotson Botanika Bağının sözçüsüdür.

“Biz Milli Park Xidməti ilə bu il ildünümü mərasimində tərəfdaşlıq etdiyimiz üçün çox həyacanlıyıq. Ziyarətçilər ölkəmiz boyu müxtəlif yerlərin modellərinə baxır. Olub-olmadıqlarından asılı olmayaraq, tanılan və sevilən yerlərin.”

Bağın illik bayram şousunun əsas modeli miniatür kəndlər arasında keçən qatardır. Burada bir neçə prezidentin evləri də nümayiş etdirilir.

Tomas Ceffersonun Montiçellodakı iqamətgahı, Amerikanın birinci prezidenti Corc Vaşinqtonun evindən cəmi bir neçə mertlik məsafədə göstərilir.

Bu isa vətəndaş hüquqları müdafiəçisi Martin lüter Kinqin evinin modelidir.

Sərgidə prezident Linkoln memorialı və ABŞ-ın Konqres binası kimi Vaşinqtonun tarixi yerlərinin eksponatlarına da yer verilib.

“600 saatlıq iş 16 sənətkar tərəfindən görülüb. Bu, bötövlüklə bitki hissələrindən hazırlanıb. Sütunların yuxarı hissəsidəki palıd qozalarıdır. Hündür, düz sütünlar söyüd çubuqlarından düzəldilib. Evin üz tərəfi isə şam qozaları ilə dekorasiya edilib.”

Diqqətləri cəlb edən digər bir eksponat nəhəng Duqlas küknar ağaçıdır. Bu ağac heyvanları və bitkiləri ilə 200 müxtəlif park sahələrini nümayiş etdirən ornamentlərlə bəzənib.

Ağaçın ətrafında da modellər yerləşdirilib.

“Burada Vaşinqtonun Kapitoli hissəsindəki evlər və hər bir neçə dəqiqədən bir qaynar su püskürtüsünü görmək olar. Bunların hamısı bitkilərdən hazırlanıb.”

Dotson ziyarətçilərin sərgidən zövq aldıqlarına ümid edir.

“Ümid edirik ki, insanlar buranı Milli Park Xidməti barədə məmnunluqla tərk edəcək. Burada olduqlarını və ya buranı ziyarət etmək istədiklərini deyəcəklər. Ümid edirik ki, sərgi onları bu yerləri kəşf etməyə təşviq edəcək.”

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG