Accessibility links

Böyük Britaniyada qütbləşmə daha da dərinləşir [Video]


Böyük Britaniyada qütbləşmə daha da dərinləşir
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Böyük Britaniyada qütbləşmə daha da dərinləşir

Britaniyalılar Avropa Birliyindən ayrılmaq üçün səs verdikdən sonra İngiltərənin baş naziri ölkənin birləşdiyini elan etmişdi.

“Ölkə bir araya gələrək bütöv Britaniyanın parlaq gələcəyi üçün yol axtarır."- deyə, Tereza Mey bildirib.

Həqiqətdə isə Brexit adlanan səsvermədən sonra bunun tam əksi oldu. Tədqiqatçıların sözlərinə görə, indi Tereza Mey bölünmüş bir millətə başçılıq edir.

“Birləşmiş Krallığın müxtəlif millətləri, şəhərləri, şimal və cənub regionları arasında yaranmış qütbləşmənin nəticəsi olaraq Uelslə İngiltərə ayrılmağa səs versə də, Şimali İrlandiya və Şotlandiya Avropa Birliyində qalmaq üçün səs vermişdilər. Bunun nəticəsində bütün cəmiyyət “tərk edənlər və qalanlar” kimi iki cəbhəyə bölünüblər.” - deyə, professor Anand Menon qeyd edib.

Araşdırmaçılar həmçinin başqa bir qütbləşməni də müəyyən ediblər. Ayrılıq tərəfdarları qalmaq qərarına o qədər də güclü təsir edə bilməyən etnik azlıqlara həddindən çox imkanlar verildiyini düşünür.

Araşdırmanın aparıcı tədqiqatçısına görə, bölünmələr ənənəvi siyasi-partiya qütbləşməsinə uyğun gəlmir.

Hökümət rəsmiləri bildirib ki, referendumdan sonra etnik qruplara qarşı nifrət zəminində hücumlar 40 faiz artıb. Təhlilçilərin sözlərinə görə, bu da refendumun Böyük Britaniyanın Avropa Birliyindən ayrılması məsələsindən daha dərin olduğuna sübutdur.

“Referendum bizi əvvəlkidən daha çöx bölünmüş, daha çox parçalanmış vəziyyətə gətirib.” - deyə, Menon əlavə edir.

Mennon əlavə edir ki, məhz dəyər fərqlərinə görə Brexitin ölkəyə vuracağı iqtisadi zərərlərə baxmayaraq, hələ də britaniyalıların çox hissəsi ayrılmaqla bağlı fikrini dəyişdirmək istəmir.

XS
SM
MD
LG