Accessibility links

BP şirkəti Azərbaycanda işçilərini ixtisar edəcək


BP
BP

BP şirkəti yaxın iki il ərzində dünya üzrə kəşfiyyat və hasilat bölmələrində 4 minə yaxın iş yerini ixtisar edəcək.

BP-nin yaydığı məlumatda deyilir ki, şirkət neftin qiymətlərinin aşağı düşməsi səbəbindən bu addımı atmaq məcburiyyətində qalıb.

Məlumata görə, ixtisarlar Anqola, Azərbaycan, həmçinin Meksika körfəzi və Şimal dənizi kimi regionlarda fəaliyyət göstərən kəşfiyyat və hasilat sahələrini əhatə edəcək. Ümumilikdə bu bölmələrdəki 24 min yerdən 4 minə yaxını ixtisara düşəcək. İxtisarlar 2017-ci ilin dekabrınadək iki il ərzində aparılacaq.

Bu addımın atılmasına səbəb kimi neftin qiymətlərinin aşağı olması, dolların güclənməsi və ehtiyatların həddindən artıq bolluğu göstərilir.

XS
SM
MD
LG