Accessibility links

Böyük Britaniya Trans-Sakit Okean iqtisadi tərəfdaşlığına qoşulacağına ümid edir [Video]


Böyük Britaniya Trans-Sakit Okean iqtisadi tərəfdaşlığına qoşulacağına ümid edir
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Böyük Britaniya Trans-Sakit Okean iqtisadi tərəfdaşlığına qoşulacağına ümid edir

Dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatı malik Böyük Britaniyanın gözləntisi Avropa İttifaqı qandallarından xilas olduqdan sonra qlobal səviyyədə ticarət edə bilməkdir.

Yaxın günlərdə Çinə səfəri zamanı Britaniyanın Ticarət naziri bir gün ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı ticarət razılaşmasına qoşalacağına ümid etdiyini bildirmişdi.

“Biz dünyaya açıq bir ölkə olacağımızı bəyan etmişik. Buna görə də gələcək üçün hər hansı bir nəticəni istisna etmək bizim üçün ağılsızlıq olardı.” - deyə, Liam Foks

London istənilən Sakit okean sahilindən təxminən 7000 kilometr uzaqlıqda yerləşir. Doğurdanmı coğrafi yerləşmə artıq 21-ci əsrin ticarətində əhəmiyyətsizdir?

“Burada arqument gətirilir ki, ticarət xidmətlərinin genişlənməsi və texnologiyanın inkişafı nəticəsində gələcəkdə bu faktlar daha az əhəmiyyətə malik olacaq. Bu da məntiqli görünür. Amma təəssüf ki, bu günə qədər olan faktiki məlumatlar bunu əksini göstərir. Görünən budur ki, coğrafiya hələ də əvvəlki vaxtlarda olduğu qədər əhəmiyyətlidir." - bu sözləri Londondakı Kral Kollecinin eksperti Conatan Portes bildirib.

İngiltərə Avropa İttifaqının vahid bazarı və Gömrük İttifaqından uzaqlaşaraq dünya ticarətinin təxminən yarısını təşkil edən azad ticarət razılaşmasından imtina edir. Portesin sözlərinə görə, digər ticarət razılaşmaları ilə bu boşluğun doldurulması onillər çəkəcək.

ABŞ-ın keçmiş prezidenti Barak Obama Trans-Sakit Okean Tərəfdaşlığı lahiyəsinin arxasındakı hərəkətverici bir qüvvə idi. Lakin onun xələfi olan Donald Tramp bu lahiyənin Amerika üçün sərfəli olmadığını iddia edərək ABŞ-ı müqavilədən çıxarıb.

Qalan digər 11 ölkə arasında danışıqlar isə asta sürətlə inkişaf edir.

“ABŞ-ın layihədən çəkilməsi daxili problemlərin artmasına gətirib çıxardı. İndi onlar mövcud durumu əvvəlki vəziyyətə qaytarmaq üçün çalışır." - deyə, Portes əlavə edib.

Danışıqların iştirakçıların biri olan Avstraliya İngiltərənin maraqlarını dəstəkləyir.

Bu il Böyük Britaniyanın baş naziri Tereza Meyin Brexit-lə bağlı əlaqələri gücləndirmək üçün Asiyaya səfər edəcəyi gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG