Accessibility links

Brüsseldə “Şərq tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbir start götürür


Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşü gözlənilir

Mayın 13-14-də Brüsseldə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federiko Mogerinin sədrliyilə Aİ-nin 28 üzv ölkəsinin və "Şərq Tərəfdaşlığı" ölkələrinin illik iclası keçirilir.

İclasda 2020-ci ilədək planlaşdırılan "20 nəticə" layihəsi çərçivəsində əldə olunmuş nailiyyətlər müzakirə olunacaq.

Mayın 13-də axşam Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk "Şərq Tərəfdaşlığı" ölkələrinin hökumət və dövlət başçılarının şərəfinə qəbul təşkil edəcək.

Brüssel vaxtı ilə saat 17:15-də Azərbaycan prezidenti İlham Əliyevlə Donald Tuskun görüşü gözlənilir.

Mayın 14-də Avropa Komissiyasının "Charlemagne" binasında Aavropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin sədrliyi ilə yüksək səviyyədə konfrans keçiriləcək. Konfransda "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçıları, Avropa İttifaqı ölkələri xarici işlər nazirləri, vətəndaş cəmiyyətinin nümayəndələri, gənclər və jurnalistlər iştirak edəcəklər.

Azərbaycanın tezliklə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı ilə tarixi saziş imzalayacağı gözlənilir. Bu istiqamətdə danışıqlar 2017-ci ilin fevralında başlanıb. Bu yaxınlarda Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq strateji saziş haqqında bəyanat verib. Milli Şura bəyan edir ki, Avropa İttifaqı Azərbaycan hökumətini bu qətnamədə göstərilən tələbləri mümkün qədər tez yerinə yetirməyə təşviq etməlidir:

1. Bütün siyasi məhbuslar azad edilməli və siyasi məhbusların təcrübəsi ləğv edilməlidir;

2.Media azadlığının və sərbəst toplaşmaq azadlığının təmin edilməsi üçün ciddi praktiki addımlar atılmalıdır;

3. Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (Varşava) tövsiyələrini nəzərə alaraq, seçki qanunvericiliyinin təkmilləşdirilməsi daxil olmaqla, daha geniş seçki islahatı başlanmalıdır;

4. Vətəndaş cəmiyyəti və müstəqil QHT-lərin fəaliyyəti üçün əlverişli mühit bərpa olunmalıdır;

5. Siyasi partiyalara və fəallara edilən təzyiqlər ləğv edilməli, siyasi əsasda hər növ ayrı-seçkilik aradan qaldırılmalı və sağlam siyasi mühit bərpa olunmalıdır;

6. Korrupsiya və inhisarla bağlı mübarizə sahəsində sona çatdırılmalıdır, real və ciddi tədbirlər görülməlidir, ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə süni maneələr aradan qaldırılmalıdır;

7. Məhkəmə sisteminin müstəqilliyi icra hakimiyyətinin siyasi sifarişlərin yerinə yetirilməsindən və ədalət mühakiməsi mexanizminə çevrilməsindən, ədalətli məhkəmə-hüquqi islahatların aparılmasından irəli gələn kimi imitasiya olmamalıdır.

XS
SM
MD
LG