Accessibility links

Wikileaks-ə məlumat ötürməkdə ittiham edilən ABŞ əsgərinə hökm oxunub


Casusluqda ittiham edilən ABŞ sıravi əsgəri Bradli Manninq hərbi məhkəmə qarşısında məxfi məlumatları Wikileaks-ə internet saytına ötürdüyü üçün üzr istəyib.

Hərbi məhkəmə Bradli Manninq barədə hökm oxuyub. O insanlara və dövlətə zərər vurduğuna görə təəssüf hissi keçirdiyini deyib.

Manninqi 90 ilədək həbs cəzası gözləyir. Hakim onu 700000-dən çox məxfi məlumatı Wikileaks-ə vasitəsi ilə qlobal mediaya ötürülməsində ittiham edib.

Hakim onu ömürlük həbs cəzasına səbəb olacaq düşmənə bilavasitə yardım etmək maddəsindən bəraət qazandırıb.

Müşahidəçilərin dediyinə görə, məhkəməyə sədrlik edən hakim Manninq barədə həbs qərarını gələn həftə verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG