Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin dünən silahlı hücum nəticəsində ciddi yaralandıqdan sonra vəziyyətinin ağır olduğunu bildirilir. Müğənni İstanbuldakı Maslak Acıbadəm xəstəxanasının reanimasiya şöbəsindədir.
Dünən konsertdən sonra silahlı hücum zamanı başından yaralanmış İbrahim Tatlısəsə iki dəfə əməliyyat olub.
Türkiyə prezidenti Abdulla Gül İbrahim Tatlısəsin sağlıq durumunu yaxından izlədiyini və ona tezliklə sağalmağı arzuladığını bildirib.
Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan İbrahim Tatlısəsin vəziyyəti ilə maraqlanaraq, xəstəxənaya zəng edib və ona lazımi tibbi yardımın ayrılması haqda göstəriş verib.