Accessibility links

Beyin xərçənginin yeni yolla əməliyyatı araşdırılır [Video]


Beyin xərçənginin yeni yolla əməliyyatı araşdırılır
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Hemato-ensefalik baryer beyinə daxil olan zəhərli maddələrin qarşısını alan yeganə sistemdir. Həkimlər bu baryeri keçərək, beyin xərçənginin qarşısının alınması yolllarını tapa bilər.

Neyro-cərrahlar 2009-cu ildən bəri beyin xərçəngi əməliyyatını lazerdən istifadə etməklə edir. Lakin indi onlar deyir ki, texnika kimya-terapiyasında istifadə edilən dərmanların birbaşa beyinə yeridilməsinə imkan verir.

Burada əsas məsələ hemato-ensefalik baryeri keçməkdən ibarətdir. Baryer öz müdafiə funksiyasını elə yaxşı yetirir ki, hətta həyatı xilas edən kimyavi dərman preparatlarının belə orqana daxil olmasına imkan vermir.

Keti Smitin yumurtalıqlarında xərçəng beyinə qədər yayılıb. Xərçəng xəstəliyinin bu növü qlioblastoma adlanır. “Məndə o vaxt 3 şiş aşkar edildi və mən çox narahat oldum.”

Ketinin müalicəsi üçün lazer terapiyası tətbiq olunurdu. Həkimlər onun beynindəki xərçəng şişlərinə çox nazik zond vasitəilə daxil olub, onları yandırıb.

Vaşinqton universitetində neyro-cərrahiyyə professoru Erik Luthardın dediyinə görə, beyində aparılan prosedur zamanı müalicənin hemato-ensefalik baryerə də brbaşa təsiri aşkar edilib. “Biz 4 həftə apardığımız lazet terapiyası zamanı beyinin hemato-ensefalik baryerinin də məhv olduğunu aşkar etdik. Beləliklə, təkcə şiş məhv edilmədi, biz xərçəng olan yerə lazım olan dərmanları və kimyəvi maddələri yeridə bildik. Yəni əks halda bu mümkün olmazdı.”

Ketiyə tətbiq edilən ekperimental kimya-terapiyasında istifadə edilən Doksorubisin dərman preparatının birbaşa onun beynindəki şişə yeridilməsi lazım idi. “Maraqlı budur ki, beyindəki hematoensefalik baryer ikitərəfli yol kimidir. Bunu dağıtmaqla siz beyinə yol aça bilərsiniz. Amma eyni zamanda, burada olan maddələr beyindən qan dövranına, o cümlədən immun sisteminə daxil ola bilər” deyə, professor bildirir.

İmmun sistemi də xərçənglə mübarizəyə yardım edir.

Hemato-ensefalik baryerə müdaxilə təhlükəli prosedurdur və beyni risk qarşısında qoyur. Lakin Keti Smitin müalicəsində bu prosedur müvəffəqiyyətlə başa çatıb. Qlioblastoma şişi diaqnozu qoyulan xəstələr adətən 15 ay yaşayır. Lakin Keti Smit bu xəstəliklə 2009-cu ildən bəri mübarizə aparır. “Mənə deyəndə ki, sən bu yeni araşdırmalar üçün yaxşı namizədsən, məni gülmək tutur. Artıq mən bu araşdırmaların tərkib hissəsiyəm və nəticələr gözəldir.”

Seint Luisdəki Vaşinqton univertsitetinin neyro-cərrahları son araşdırmaların nəticələrini bu ilin sonunda dərc etmək niyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG