Accessibility links

Türkiyə məhkəməsi amerikalı keşişin həbsdə saxlanmasına qərar verib


Türkiyə məhkəməsi amerikalı keşişin həbsdə saxlanmasına qərar verib. Məhkəmənin qərarı artıq 18 aydır dəmir barmaqlılar arxasında olan Andryu Branson casusluq və terroçuluqla əlaqədə günahlandırılır.

Andryu Bransonun məhkəməsi Vaşqintonla Ankara arasındakı gərginlikləri daha da artırıb.

Türkiyədə xanımı Norinlə bərabər həyatının 23 ilini yaşayan Branson 2016-cı ilin oktyabrında mühacirət qanunlarını pozmaq ittihamı ilə həbs edilib. Norin azad edilsə də, Branson həbsdə saxlanılıb.

İzmirdə başlayan prosesin nəticəsində keşiş 35 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Amerika dəfələrlə onun azad edilməsinə çağırıb. Prezident Trampın da bununla bağlı müraciəti cavabsız qalıb.

Şimali Karolinalı Branson Fətullah Gülənlə də əlaqədə günahlandırılır.

Rəsmi Ankara dəfələrlə Türkiyənin çevriliş cəhdində günahlandırdığı Gülənin ekstradisiyasını tələb edib. Gülən bu ittihamları rədd edir.

Türkiyə daha əvvəl Andryu Bransonu Fətullah Gülənin ekstradisiyası müqabilində azad edə biləcəyini bildirmişdi.


Türkiyədə çevriliş cəhdindən sonra 160-dan çox mətbuat orqanı bağlanıb, 150 mindən artıq adam işdən kənarlaşdırılıb, təxminən 50 min nəfər həbs edilib.

Bransonun azadlığına çalışan Qanun və Ədalət Mərkəzi onu "Türkiyə hökumətinin girovu" adlandırır. İndiəyədək mərkəz xristianlığın həbsi adı altında yarım milyondan çox imza toplayıb.

Məhkəmənin növbəti prosesi mayın 7-nə təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG