Accessibility links

Türkiyədə həbsdə olan amerikalı keşişin məhkəmə prosesi başlayır


Türkiyədə həbsdə olan amerikalı keşişin məhkəmə prosesi başlayır. Casusluq və terroçuluqla əlaqəsi olduğunda günahlandırılan Andryu Bransonun məhkəməsi Vaşqintonla Ankara arasındakı gərginlikləri daha da artırıb.

Türkiyədə xanımı Norinlə bərabər həyatının 23 ilini yaşayan Branson 2016-cı ilin oktyabrında mühacirət qanunlarını pozmaq ittihamı ilə həbs edilib. Norin azad edilsə də, Branson həbsdə saxlanılıb.

Sizin burada keşişiniz var, bizim isə orada ruhanimiz. Onu bizə qaytarın, biz də sizə keşişi verək

Sabah İzmirdə başlayacaq prosesin nəticəsində keşiş 35 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Amerika dəfələrlə onun azad edilməsinə çağırıb. Prezident Trampın da bununla bağlı müraciəti cavabsız qalıb.

Şimali Karolinalı Branson Fətullah Gülənlə də əlaqədə günahlandırılır.

Rəsmi Ankara dəfələrlə Türkiyənin çevriliş cəhdində günahlandırdığı Gülənin ekstradisiyasını tələb edib. Gülən bu ittihamları rədd edir.

Türkiyə daha əvvəl Andryu Bransonu Fətullah Gülənin ekstradisiyası müqabilində azad edə biləcəyini bildirmişdi.

"Sizin burada keşişiniz var, bizim isə orada ruhanimiz. Onu bizə qaytarın, biz də sizə keşişi verək" deyə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təklif etmişdi.

Türkiyədə çevriliş cəhdindən sonra 160-dan çox mətbuat orqanı bağlanıb, 150 mindən artıq adam işdən kənarlaşdırılıb, təxminən 50 min nəfər həbs edilib.

Bransonun azadlığına çalışan Qanun və Ədalət Mərkəzi onu "Türkiyə hökumətinin girovu" adlandırır. İndiəyədək mərkəz xristianlığın həbsi adı altında yarım milyondan çox imza toplayıb.

XS
SM
MD
LG