Braziliyada karnaval başlayıb.
On minlərlə adam Rio de Janeyronun Sambadrone məhəlləsinə axışaraq aparıcı samba məktəblərinin paradlarını izləməyə gəliblər. Karnaval paradı dini bayramdan öncə keçirilən festivalın kulminasiya nöqtəsidir.
Parada hazırlıqlar bir ay əvvəl başlanır. Hər samba məktəbi öz tərəfdarlarından ianə toplayaraq parad üçün gözəgəlimli kostyumlar və şarlar hazırlayır.
Samba Afrika mənşəli ritmik Braziliya rəqsidir.