Accessibility links

Braziliya prezidenti Mişel Temer istefa verməyəcəyini bəyan edib


Braziliyanın baş prokuroru prezident Muşel Temerə qarşı gözlənilən bir neçə korrupsiya ittihamından biri olaraq rüşvət alma ittihamı irəli sürüb.

Rodriqo Yanot prezidenti bu ilin əvvəlində ət məmulatları şirkətinin sabiq başçısından azı 150 min dollar rüşvət almaqda ittiham edib.

Prezident Temerin parlamentin sabiq spikerinə və onun korrupsiya ittihamı ilə həbsdə olan müttəfiqinə pul verməyi planlaşdırdığı barədə audio yazı aşkar edilib.

Cənab Yanot ədalətin qarşısını almaq da daxil olmaqla, prezidentə qarşı başqa ittihamları nəzərdən keçirir.

Braziliya Konqresinin aşağı palatasının deputatları Temerin hakimiyyətdən uzaqlaşdırılıb məsuliyyətə cəlb edilib-edilməməsi məsələsini nəzərdən keçirir.

Keçən il büdcə qanunlarının pozulması ittihami irəli sürülmüş sabiq prezident Dilma Russefin impiçmentindən sonra hakimiyətə gələn Mişel Temer ona qarşı iddiaları rədd edir.

Reytinqinin 7 faizə düşməsinə baxmayaraq, korrupsiya ittihamları irəli sürülən Temer bazar ertəsi istefa verməyəcəyini bildirib.

XS
SM
MD
LG