Accessibility links

Braziliyanın milli təhlükəsizlik qüvvələri asayişi bərpa etməyə çalışır


Braziliyanın milli təhlükəsizlik qüvvələri asayişi bərpa etməyə çalışır
please wait

No media source currently available

0:00 0:03:27 0:00

Braziliyanın milli təhlükəsizlik qüvvələri asayişi bərpa etməyə çalışır

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun oktyabr ayında keçirilən seçkilərin nəticələrini qəbul etməyən təqribən 4 min tərəfdarının Braziliyanın paytaxtında Konqresi, Ali Məhkəməni və Prezident Sarayını ələ keçirib dağıntılar yaratmasından sonra milli təhlükəsizlik qüvvələri asayişi bərpa etmək üçün müdaxilə edib.

Yeni ilin ilk günü izdiham Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın ölkənin yeni prezidenti olaraq andiçmə mərasimini izləmək üçün küçələrə çıxdı. Bir həftə sonra izdiham eyni küçələrdə fərqli bir mənzərənin, çevriliş cəhdinin şahidi oldu.

Keçmiş prezident Jair Bolsonaronun təxminən 4 min tərəfdarı Konqres binasına, Ali Məhkəməyə və prezidentin rəsmi iş ofisi olan Planalto Sarayına hücum edib/ Təhlükəsizliyi təmin etməli olan bir neçə polis məmuru qovulub. Etirazçılar pəncərələri sındırdı, mebelləri aşırdı və tarixi binalara soxulub.

Lula əleyhinə nümayişçilər bütün baş verənləri - prezidentin iqamətgahına, Senata hücumu, sənət əsərlərinin sındırılmasını və Deputatlar Palatasını yandırılmasını lentə aldı.

Braziliya Ali Məhkəməsinin binasının əsas girişi dağıdılıb. Prezident Lula federal qüvvələrin müdaxiləsi üçün fərman imzaladıqdan sonra yüzlərlə etirazçı həbs edilib.

Sosial mediada yayımlanan videoda polis məmurlarının nümayişçilərin cərgəsinə doğru getdiklərini görmək olub. Videoda eləcə də böyük bir izdihamının binalara daxil olmasından sonra polisin hərətkəsiz dayandığı görünüb.

Həmin vaxt Braziliyada olmayan prezident Lula böhran komitəsi yaradıb və baş verənlərin araşdırılacağını, əli olanların həbs edəcəyini bildirib. "Onlar iyrənc hər şeyi təmsil edən faşistlərdir. Onlar qarşılarındakı hər şeyi məhv edən vandallardır. Bunu edənlərin hamısı tapılacaq və cəzalandırılacaq. Demokratiya azadlığa təminat verir, eyni zamanda insanların qurumlara hörmət etməsini tələb edir".

Hakimiyyətdən getdiyi gündən bəri ABŞ-ın Florida ştatında olan Bolsonaro özünü sosial mediada hücumlardan kənarda tutub. "Qanunla icazə verilən dinc nümayişlər demokratiyanın bir hissəsidir. Bununla belə, bu gün ictimai binalara edilən hücumlar və basqınlar, eləcə də 2013 və 2017-ci illərdə solçuların tətbiq etdiyi hücumlar qanunun aliliyinə ziddir", Bolsonaro yazıb.

Bolsonaro hökumətin heç bir sübut olmadan onun iğtişaşlarla əlaqələndirdiyini deyib. Şərhçilər deyirlər ki, keçmiş prezident istintaqa cəlb oluna bilər. Siyasi təhlilçi Vinicius Viyera: "Jair Messias Bolsonaro bu hücumlara görə məsuliyyət daşıyanlardan biridir. O, hakimiyyətdə olduğu müddətdə bu cür hərəkətləri dəfələrlə təklif etdiyi üçün onu intellektual mentor kimi görürlər. Seçkilərdən sonrakı səssizliyini saxlaması, məğlubiyyətini etiraf etməməsi tərəfdarlarında çevrilişin mümkün olması hissini gücləndirdi".

Milli polis qüvvələri və Braziliya Ordusu ayın sonuna qədər paytaxt Brasiliyanın təhlükəsizliyinə komandanlığını öz üzərinə götürüb. Tətildə olan Braziliya Konqresi bazar ertəsi təcili iclas çağırıb.

XS
SM
MD
LG