Accessibility links

Braziliya alimləri: Çinin Sinovac Biotech şirkətinin hazırladığı peyvənd effektivdir


Braziliya tədqiqatçıları çərşənbə günü Çinin dərman istehsalçısı Sinovac Biotech tərəfindən hazırlanan koronavirus peyvəndinin son mərhələdəki kliniki sınaqda 50%-dən çox təsirli olduğunu aşkar edib.

Lakin Butantan dövlət tədqiqat institutunun alimləri Sinovac-in istəyi ilə peyvənd nəticələrinin gizli saxlandığını bildirib ki, bu da bir dahapeyvəndin hazırlanması sahəsində şəffaflığın olmaması deməkdir.

Sinovac-ın CoronaVac adlandırdığı peyvəndin testləri keçən oktyabr ayının sonunda bir könüllü üzərində edildiyi və nəticənin mənfi alınmasından sonra dayandırılıb.

Cons Hopkins Universiteti Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, dünyanın ən böyük dərman istehsalçısı olan Sinovac dünya boyu 78,7 milyondan çox insanın yoluxmasın və 1,7 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-a qarşı təhlükəsiz və təsirli bir peyvənd inkişaf etdirməyə çalışır.

Latın Amerikası COVID-19 peyvəndinin ilk dozasını alıb və ilk peyvənd çərşənbə günü Mexiko şəhərinə çatdırılıb.

Meksikanın xarici işlər naziri Marselo Ebrard Belçikadan Pfizer-BioNTech peyvəndinigətirən təyyarəni qarşılayıb.

"Bu gün pandemiyanın sonunun başlanğıcıdır" - deyə, Ebrard bildirib.

Meksika Pfizer-BioNTech-dən 1,4 milyon doza peyvənd almağı planlaşdırılır. Lakin rəsmilər bu dozanın Meksika və Meksikanın şimalındakı Saltilloda şəhərindəki səhiyyə işçilərinin peyvənd olunmasına kifayət edib-etməyəcəyi barədə bir söz deməyib.

Digər Latın Amerikası ölkələri də peyvəndlərin gəlməsini gözləyir.

Amerika Birləşmiş Ştatları əsasən səhiyyə işçiləri və qocalar evlərinin yaşlı sakinləri olmaqla, təxminən 1 milyon peyvəndi tamamlamaq üzrədir.

Ancaq rəqəmlər federal hökumətin milyonlarla doza peyvənd istehsal etmək və ilin sonuna qədər 20 milyon amerikalının immunizasiyası üçün qoyduğu hədəfdən çox azdır.

XS
SM
MD
LG