Accessibility links

Braziliyada koronavirusdan bir gündə 407 nəfər ölüb


Braziliya

Braziliyanın Səhiyyə naziri cümə axşamı günü bir gün ərzində 407 nəfərin koronavirusdan öldüyünü təsdiqləyib. Bu rəqəm virus Cənubi Amerika ölkəsinə yayıldığı gündən bəri ən yüksək göstəricidir.

Ölümlərin əksəriyyəti ölkədə pandemiyanın episentri olan Sao Paulo şəhərində baş verib. Şəhərin meri Bruno Kovas hələ ən böyük çətinliyin qarşıda olduğunu bildirib.

Braziliyada virusa yoluxanların sayı prezident Cair Bolsonaro hələ də əksər qubernator və bələdiyyə başçıları tərəfindən dəstəklənən sosial təcrid tədbirlərindən yayınmağı dəstəklədiyi vaxt artmağa başladı.

Bu arada isə Braziliyanın yeni səhiyyə naziri Nelson Teik qubernatorların koronavirusun yayılması ilə mübarizədə təcrid tədbirlərini tətbiq etmək üçün məlumatlardan necə istifadə etdiklərinə şübhəylə yanaşdığını, onları məlumatları təhlil edərkən standart bir modeldən istifadə etməyə çağırdığını bildirib.

“Əgər həyəcanı artıran rəqəmlər irəli sürsəniz və insanlar bu riyaziyyat modelinə həqiqət kimi yanaşsa, siz cəmiyyətin qorxusunu və gözləntilərini daha da pisləşdirəcəksiniz." - deyə Teik cümə axşamı bildirib.

O, bu çıxışıyla qubernatorların evdə qalmaq tədbirlərini dəstəkləyən əvvəlki səhiyyə nazirini vəzifəsindən azad edən Bolsonaronun fikirlərini səsləndirib. Bolsonaro bu cür tədbirlərin iqtisadiyyata ziyan vurduğunu deyib. Teik gələn həftə administrasiyanın epidemiyayla mübarizə modelini təqdim edəcəyini söyləyib.

Braziliyada indiyə qədər 43.000-dən çox insan koronavoirusa yoluxub və 3.300 insan ölüb.

XS
SM
MD
LG