Accessibility links

Braziliya prezidentinin koronavirus testi üçüncü dəfə müsbət çıxıb


İki həftə ərzində üçüncü dəfə koronavirus testi müsbət çıxan Braziliya prezidenti Jair Bolsonaro özünü Braziliyadakı rəsmi iqamətgahında təcrid vəziyyətində saxlayır.

Bolsonaronın tibbi heyəti çərşənbə axşamı edilən müayinənin nəticələrini çərşənbə günü açıqlayıb və onun səhhətinin yaxşı olduğunu deyib. Koronavirusa sonuncu testdən sonra Bolsonaronun məsləhətçiləri Fransanın AFP xəbər agentliyinə prezidentin yaxın günlərdə planlaşdırılan Braziliyanın Bahiya və Piaui ştatlarına səfərinin təxirə salındığını bildirib.

Bolsonaro alimlərin effektivliyini dəstəkləyəcək tibbi sübut olmadığını desələr də, koronavirusa yoluxmuş dörd nazirlə birlikdə anti-malyariya dərmanı olan hidroksiklorokinlə müalicə olunduqlarını deyib.

Səhiyyədəki böhrana görə tənqid edilən Bolsonaro pandemiya dövründə iki səhiyyə nazirini işdən çıxarıb, virusun qarşısının alınması üçün maska taxmaq və sosial məsafə saxlamaq kimi tədbirlərə qarşı çıxıb.

Braziliya Latın Amerikasında COVID-19-un ən çox zərbə vurduğu ölkədir. Belə ki, orada 2,1 milyondan çox yoluxma, 80 mindən çox ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG