Accessibility links

Braziliya Prezidentinin cinayət məsuliyyətinə cəlb edilməsi tələb edilir


Braziliya Prezidenti Ceir Bolsonaro
Braziliya Prezidenti Ceir Bolsonaro

Braziliya Senatının xüsusi komitəsi ölkədə ABŞ-dan sonra COVID-19-dan ikinci ən yüksək, 600 min-dən çox ölüm hallarına görə rəsmi olaraq prezident Ceir Bolsonaronun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Çərşənbə axşamı panel 7-4 səslə senator Renan Kalheiros tərəfindən hazırlanmış 1200 səhifəlik hesabatı təsdiq edib. Sənəddə Bolsonaro hətta onların səmərəsiz olduğu göstərildikdən və vaksin alışının gecikdirilməsindən sonra hidroksiklorokin kimi təsdiqlənməmiş vasitələrdən istifadə etməkdə günahlandırılır.

Hesabatda deyilir ki, Bolsonaro virusun Braziliyada yayılmasına imkan verərək, əhalinin çox hissəsində bu yoluxucu xəstəliyə qarşı immunitet yaranacağına və nəticədə başqa bir virus baş qaldırdığı zaman ona daha davamlı olacağına inanır.

Hesabatda eləcə də Prezidentin keçən həftə sosial mediadakı canlı yayımda Britaniyada COVID-19-a qarşı tam peyvənd olunmuş insanların QİÇS-ə “daha sürətlə” yoluxduğunu deməsinin də qınağa səbəb olduğu bildirilib.

Bolsonaronun pandemiyaya reaksiyasına dair altı ay davam edən araşdırmanın nəticəsi olan hesabatda prokurorların prezidenti şarlatanlıq, cinayətə təhrik və insanlığa qarşı cinayətlər də daxil olmaqla, ümumilikdə doqquz cinayətdə ittiham edilməsinə çağırılır.

Hesabatda həmçinin keçmiş və hazırkı hökumət rəsmiləri, müttəfiqləri, o cümlədən biri tanınmış senator olmaqla, prezidentin üç oğlunun da məsuliyyətə cəlb olunmalı olduğu iddia edilir.

Komitə çərşənbə axşamı keçirilən dinləmənin sonunda pandemiya qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bolsonaro maska taxmaq, sosial məsafə, karantin və peyvənd kimi səylərə mane olmaqla, pandemiyanın təsirlərini azaltdığına görə qınanır.

XS
SM
MD
LG