Accessibility links

Braziliya həbsxanasında qarşıdurma 57 məhbusun ölümü ilə nəticələnib


Braziliyanın Altamira şəhərindəki həbsxanada ən azı 57 nəfər bazar ertəsi başlamış qiyamın qurbanı olub. Yerli xəbər agentliklərinin məlumatına görə, həbsxanada iki kriminal qruplaşma arasında qarşıdurma yaşanıb.

Bir qruplaşmanın üzvləri digərlərinin olduğu kamerada yanğın törədib. İnsanların əksəriyyəti yanğın və ya yanan maddələrdən zəhərlənmə nəticəsində ölüb. Bundan əlavə ən azı 16 nəfərin başı kəsilib.

İçəridəki görüntünün dəhşətli olduğunu təsdiq edə bilərik. Başları kəsilənlər var, tüstüdən boğulanlar var.

Penitensiar xidmətin iki mühafizəçisi girov götürülsə də, daha sonra məhbuslar onları xətər yetirmədən azad edib.

"İçəridəki görüntünün dəhşətli olduğunu təsdiq edə bilərik. Başları kəsilənlər var, tüstüdən boğulanlar var. Lakin indi qismən də olsa sakitlik yaranıb. Məhbusları bir-birlərindən izolyasiya ediblər. Biz indi ölələrinn və sağ qalanların siyahısını hazırlayırıq" - deyə, yerli insan haqları komissiyasının nümayəndəsi Evander Fontenele deyib.

Yaxınları həbsxana içərisində olan ailə üzvləri haqda məlumat almağa çalışır.
Yaxınları həbsxana içərisində olan ailə üzvləri haqda məlumat almağa çalışır.

Həbsxana qiyamları ən yüksək zorakılıq göstəricilərə malik ölkələrdən biri olan Brazilyada əsas problemlərdən biri olaraq qalır. Burada son 30 il ərzində məhbusların sayı səkkiz dəfə artaraq, hal-hazırda 750 min nəfər təşkil edir. Bu isə dünya üzrə üçüncü göstəricidir.

Həbsxana qruplaşmaları məhbusların hüquqlarını qorumaq və daha yaxşı saxlanma şəraiti uğrunda mübarizə aparmaq məqsədilə yaranıb və bunun nəticəsində penitensiar idarənin sərhədlərindən kənarda kriminal aləmdə böyük nüfuz qazanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG