Coronavirusun yeni variantının qəflətən və kəskin şəkildə yayılmağa başlamasından sonra Britaniya çərşənbə axşamı daha sərt məhdudiyyətlərə başlayıb.
Britaniyanın ibtidai məktəblərinin bazar ertəsi yenidən açılmasından az sonra ölkənin baş naziri Boris Conson kursu dəyişərək, ölkədə məhdudiyyətlərin üçüncü mərhələsini elan edib. "Hökümət bir daha sizə evdə qalmağınızı tövsiyə edir" - deyə, o bildirib.
Beləliklə məktəblər və universitetlər bağlıdır. Uşaqlarla iş üzrə Komitənin sədri Enn Lonqfild: "Bu, uşaqların rifahına və zehni sağlamlığına dərin təsir göstərəcək bir şeydir."
Məhdudiyyətlər xəstəxanaların dolu olduğu barədə xəbərdarlıqlar fonunda tətbiq edilir. Xəstəxanalara yerləşdirilən COVID-19 xəstələrinin sayı yaz aylarında olduğundan 40 faiz çoxdur. Ölkə boyu ölənlərin sayı 75 mindən yuxarıdır.
Sentyabr ayında Britaniyanın cənubunda aşkar edilən koronavirusun yeni variantı əvvəlkindən 70 faizə qədər daha yoluxucudu və bütün ölkəyə yayılmaqdadır. Londonun Seint Corc xəstəxanasından doktor Dominik Sprey: “Bizim reanimasiya şöbəsində COVİD-dən 40, 30, 20 yaşlarında ölənlər var. Biz xərçəng əməliyyatı edib-etməyəcəyimizi düşünmək məcburiyyətindəyik. COVID xəstələrinin sayı qədər çoxdur ki, biz xərçəng əməliyyatlarını təxirə salmalı oluruq.”
“Bu, həyatımın ən pis zamanıdır. Gərgin vaxtdır. Hazırda normalda olduğundan daha çox xəstəyə baxıram. Bu, dəhşətli bir vəziyyətdir.” - deyə, xəstəxananın tibb bacısı Kloye Piç bildirir.
Hökümət bir daha səhiyyə sistemində fövqəladə vəziyyətə və qeyri-əhəmiyyətli mağazalar və ictimai xidmət müəssisələrini bağlanmaq məcburiyyətində qaldığı üçün yenidən baş qaldıran iqtisadi böhrana cavab verməlidir. Hökumət müəssisələrə yardım etmək məqsədilə 12,200 dollara qədər birdəfəlik qrant elan edib. Lakin onlardan yüzlərlə müəssisə həmişəlik bağlanıb.
Lakin bu dəfə bir böyük fərq var. Bazar ertəsi Britaniyanın Oxford Universiteti AstraZeneca peyvəndinin kütləvi tətbiqinə başlayıb. Ondan əvvəl bir milyon insana Pfizer-BioNTech peyvəndi vurulub. Hökumət bazar ertəsindən etibarən hər həftə iki milyon insana peyvənd vurmağı planlaşdırır.