Braziliyada yeni koronavirusa yoluxma halları səbəbilə xəstəxanlar, morqlar və məzarlıqlar dolur. Latın Amerikasının ən böyük ölkəsi koronavirus pandemiyasının yeni qaynar nöqtəsinə çevrilməyə çox yaxındır.
Rio de Janeyro və dörd başqa böyük şəhərlərin səhiyyə rəsmiləri xəbərdalıq edib ki, onların xəstəxana sistemləri çökməyə yaxındır ya da o qədər dolub ki, artıq yeni xəstə qəbul edə bilməzlər.
Sağlamlıq ekspertləri 211 milyon əhalisi olan ölkədə infeksiyaya yoluxma hallarının yetərsiz və ləngiyən testlər səbəbilə rəsmi açıqlanan rəqəmdən daha yüksək olduğunu təxmin edir.
Bu arada isə prezident Cair Bolsonaro COVID-19-un yüngül xəstəlik olduğunu və onun qarşısını almaq üçün sosial məsafə tədbirlərinə ehtiyacın olmadğını təkid etməyə davam edir. O, yalnıx risk qrupuna daxil olan braziliyalıların izolyasiya olunmalı olduqlarını söyləyib.
Amazonun ən böyün şəhəri Manausda rəsmilər deyib ki, orada o qədər ölüm hadisəsi baş verib ki, məzarlıqda kütləvi qəbirlər qazılıb. İşçilər gündə 100 cəsəd dəfn edir. Bu isə virusdan öncəki zamanla müqayisədə üç dəfə çoxdur.
Manausda yas mərasimləri xidməti verən şirkətin sürücücü olan 20 yaşlı İtalo Rodrigez deyib ki, o, son 36 saatda ard-arda bir neçə cəsəd daşıyıb. Onun sözlərinə görə, o qədər insan ölüb ki, şirkət işə ikinci sürücü götürüb.
Səhiyyə nazirliyi indiyədək koronavirusa 53 min yoluxma və 3600-dən çox ölüm faktını təsdiqləyib. Rəsmi rəqəmlərə görə, ölkədə indiyədək ən yüksək göstəricilə cümə axşamı qeydə alınıb. Belə ki, həmin gün 3700 yeni yoluxma halı və 400-dən çox ölüm halı baş verib.
Ekspertlər xəbərdarlıq edib ki, çox az sayda testlərin keçirilməsi o deməkdir ki, yoluxma halları daha çoxdur. San Paulu Universitetinin sosial tibb professor Dominqos Alvesin sözlərinə görə, testlərin nəticələrini almaq zaman aldığı üçün, hazırkı rəqəmlər bir-iki həftə öncə baş verən yoluxma və ölüm hallarını əks etdirir.
“Biz keçmişdəki mənzərəyə baxırıq. Ehtimal olunur ki, Braziliyada yoluxma halları bizim təxmin etdiyimizdən daha yüksəkdir.”
San Paulu Universiteti, Braziliya Universiteti və digər institutların alimləri deyir ki, bu həftəyədək ölkədə ümumi yoluxma hallarının 587 min ilə 1 milyon arası olduğu güman edilir.
Səhiyyə nazirliyi bu ayın əvvəlində yaydığı hesabatda gündə 6700 nəfəri test etmək imkanına malik olduğunu demişdi. Bu isə virusun pik nöqtəyə çatdığı zaman lazım olan 40000 testdən çox azdır.