Accessibility links

Braziliya prezidentinin koronavirus testi müsbət çıxıb


Braziliya prezidenti Jair Bolsonaro hərarət də daxil olmaqla, simptomlar özünü göstərdikdən bir neçə gün sonra koronavirus testinin müsbət çıxdığını deyib.

O bu barədə çərşənbə axşamı açıqlama verib.

Bolsonaro əvvəllər koronavirusun yaratdığı risklərə ciddi yanaşmayıb. Hətta bir dəfə atletizmlə məşğul olduğuna görə tərəfdarlarına yoluxacağı halda belə narahat olmayacağını bildirmişdi.

O demişdi ki, mən bunu hiss etməzdim. "Bu, bir az qripəbənzər və ya havada olmaq kimi bir şey olardı" - deyə, o qeyd etmişdi.

Bolsonaronun virusun potensial ölümcül təsirinə göz yumması virusun yayılmasının qarşısını almaq üçün görülən qorunma tədbirlərinə etirazlara gətirib çıxarıb. Bu tədbirlərdən biri də ictimai yerlərdə maskadan istifadəni tələb edən qanunları zəiflətmək idi.

“Associated Press” agentliyi bildirir ki, Bolsonaro mart ayında ABŞ prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Lago şəhərində keçirdiyi görüşdən sonra bir neçə köməkçiyə virus diaqnozu qoyulduqda onun üç dəfə Covid-19 üçün verdiyi testlər mənfi çıxmışdı.

Braziliya 1,6 milyondan çox yoluxmaya və 65 mindən çox insanın ölümünə səbəb olan koronavirusun ən çox zərər vurduğu ölkələrdən biridir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG