Accessibility links

Braziliya prezidenti İrana səfər edib


Luis İnasio Lula da Silva İran prezidenti Mahmud Əhmədinejadla bu gün danışıqlar aparıb

Braziliya prezidenti Luis İnasio Lula da Silva Tehranın nüvə proqramı ilə bağlı beynəlxalq qarşıdurmaya son qoymaq səyləri çərçivəsində bu gün İran liderlərilə görüşüb.

Prezident da Silva İran prezidenti Mahmud Əhmədinejadla bu gün danışıqlar aparıb. Onun habelə İranın Ali dini rəhbəri Ayətulla Əli Xameneyi ilə də görüşü planlaşdırılıb.

Braziliya prezidenti İranı nüvə yanacağına dair təklifə razı salmağa və beləliklə BMT sanksiyalarının dördüncü paketinin qarşısının alınacağına ümid bəsləyir.

Birləlşmiş Ştatlar və Rusiyanın yüksək səviyyəli rəsmiləri Brazliyanın vasitəçiliyini yeni sanksiyaların qarşısını almaq üçün son şans kimi qiymətləndirirlər.

XS
SM
MD
LG