Accessibility links

Braziliya səhiyyə işçiləri Bolsonaro hökümətinin istintaqına çağırır


Braziliya səhiyyə işçiləri Beynəlxalq Cinayət Məhkəməsini prezident Jair Bolsonaro hökumətinin koronavirus pandemiyası ilə bağlı fəaliyyətləri ilə əlaqədar olaraq insanlığa qarşı cinayətlərə görə araşdırılmasına çağırır.

Bir milyondan çox tibb işçisini təmsil edən həmkarlar ittifaqları şahid ifadələri ilə bilrikdə şikayəti Haaqa məhkəməsinə təqdim edib.

Həmkarlar İttifaqları Bolsonaro hökümətini COVID-19 pandemiyasının idarə edilməsində "cinayətkarcasına səhlənkarlığa" yol verməkdə ittiham edərək, səhiyyə işçilərinin və ictimaiyyətin həyatının təhlükə altına alındığını bildirib.

Bolsonaro bir çox əyalət qubernatorları ilə ziddiyyət yaşayaraq, ölkədə koronavirusla mübarizə çərçivəsində evdə qalmaq tədbirləri də daxil olmaqla bir çox məhdudiyyətlərə qarşı çıxıb.

Virusa yoluxduqdan təxminən üç həftə sonra koronavirus testi mənfi çıxan Bolsonaro dəfələrlə məhdudiyyətlərin ölkə iqtisadiyyatına zərər verdiyini söyləyib.

Hazırda Braziliya 2.4 milyondan çox yoluxma və 87.000-dən çox ölüm halı ilə Latın Amerikasında COVID-19-un ən geniş yayıldığı ölkədir.

XS
SM
MD
LG