Accessibility links

Braziliya prezidenti keçmiş qanunvericiyə rüşvət verdiyini inkar edir


Braziliya prezidenti Mişel Temer rüşvət istintaqında səssiz qalması üçün həbsdə olan konqresmenə pul ödədiyinə dair xəbəri inkar edir.

O-Globo qəzeti çərşənbə günü dərc etdiyi məqaləni Mişel Temerlə biznesmen Cosli Batista arasında baş tutan söhbətin gizli səsyazmasına əsasladığını bildirib.

Temerin ofisindən verilən bəyanatda onun Batista ilə görüşdüyü təsdiq edilsə də, onun heç kəsə pul ödəmədiyi bildirilib.

Kunha ötən il sabiq prezident Dilma Russefin devrilməsinə, Temerin isə hakimiyyətə gəlməsinə gətirib çıxaran impiçmentə başçılıq edib.

Daha sonra Kunha dövlətə məxsus Petrobras neft şirkətinin cəlb olunduğu yeyinti qalmaqalında korrupsiya ittihamı ilə 15 il müddətinə həbs olunub və istintaqa başqalarını da cəlb edəcəyini deyib.

Çərşənbə günü çıxan məqalə Temerin istefa çağırışlarına, eləcə də San Paolada etirazlara səbəb olub.

XS
SM
MD
LG