Accessibility links

Braziliyada bənd uçub: 9 nəfər ölüb, 300 nəfər itkin düşüb


Braziliya
Braziliya

Braziliyada mədənçilik bəndinin uçması ilə yaxınlıqdakı icma üzərinə palçıq seli tökülüb. Nəticədə azı doqquz nəfər ölüb, 300-dən çox insan itkin düşüb.

Rəsmilər deyir ki, onlarla insan ölkənin cənub-şərqində yerləşən Minas Gerais ştatında Brumadino şəhəri yaxınlığında bənddən dağılan palçığın altında ilişib qalıb.

Lakin şənbə səhər ştatın qubernatoru Romeu Zema sağ qalan insan tampaq şansının artıq çox cüzi olduğunu söyləyib.

“Artıq şans azdır və böyük ehtimalla biz artıq cəsədlər çıxarağıq” – deyə o bildirib.

Yanğınsöndürmə rəsmiləri deyir ki, itkin düşənlər arasında çöküntü baş verən zaman bəndin inzibati ərazisində nahar edən 200 işçı var.

Bəndə Braziliyanın Vale adlı nəhəng mədən şirkəti nəzarət edir. Şirkət cümə günü hadisənin baş verdiyi təsfiq edib və deyib ki, “yeganə prioritet işçilər və sakinlərin həayatlarını qorumaqdır”.

Televiziyada yayımlanan görüntülərdə yardım işçilərinin helikopterlərlə palçıqda ilişin qalan insanlara yardım etməyə çalışdığı göstərilib. Bundan əlavə həmin görüntülərdə evlər, maşınlar və fermalara böyük ziyanların dəydiyi göstərilib.

Rəsmilər ətraf ərazilərdə ailələri evlərini təxliyə etməyə çağırıb.

Buna bənzər hadisə 2015-ci ildə baş verib. O zaman Minas Gerais ştatında bir başqa bənd uçmuşdu və nəticədə 19 nəfər həyatını itirmişdi. Həmin bənd də Vale şirkətinə aid idi. 2015-də baş verən hadisə nəticəsində yüzlərlə kilometr boyu milyonlarla ton zəhərli dəmir tullantıları dağılmış və bu, Braziliya tarixinin ən pis ətraf mühit fəlakətinə səbəb olmuşdu.

XS
SM
MD
LG