Accessibility links

Braziliyada bəndin uçması nəticəsində yüzlərlə insan hələ də itkindir


Braziliyanın cənub-şərqində keçən həftənin cümə günü bəndin uçması nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb. Bu rəqəmin artacağı gözlənilir, belə ki 300-dən çox insanın isə hələ də tonlarla palçığın altında qaldığı bildirilir.

Rəsmilər Brumadinyo şəhərində digər bir bəndin uça bilməsindən ehtiyat etdikləri üçün bazar günü xilasetmə işlərini təxirə salıb. Sakinlərə bəndə təhlükə olduğu halda evakuasiya üçün hazır olmaq tapşırılıb.

Braziliyanın nəhəng mədən şirkəti "Vale"yə aid olan bənd cümə günü uçub və nahar fasiləsində olan yüzlərlə mədən işçisi su və palçığın altında qalıb.

Braziliya məhkəməsi cümə günündən etibarən qlobal mədənçıxarma nəhəngi "Vale"nin təxminən 3 milyard dollarlıq aktivini dondurub. Təbii fəlakətdən sonra qanunvericiliyin pozulması və ətraf mühitin çirklənməsi ilə bağlı ciddi nəzarətin tətbiq edildiyi şirkətə qarşı çox sayda cərimə tətbiq olunub.

Brumadinyo şəhəri
Brumadinyo şəhəri

Hadisə 2015-ci baş vermiş analoji fəlakəti xatırladır. O zaman Minas Gerais ştatında başqa bəndin uçması nəticəsində 19 nəfər həyatını itirmişdi. Həmin bənd də Avstraliyanın dağ-mədən şirkəti "BHP Billiton" ilə "Vale" şirkəti tərəfindən idarə olunurdu.

2015-də baş verən hadisə nəticəsində yüzlərlə kilometr boyu milyonlarla ton zəhərli dəmir tullantıları dağılmış və bu, Braziliya tarixində ən ağır ətraf mühit fəlakətinə səbəb olmuşdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG