Accessibility links

Braziliyada bəndin uçmasına görə 5 nəfər həbs olunub


Braziliyada 84 nəfərin ölümünə səbəb olan bənd uçması ilə əlaqəli 5 nəfər həbs olunub.

Xilasedicilər hələ də cümə günü Brumadinyo şəhərinin cənub-şərqində bəndin uçması səbəbilə küçələrə axan böyük həcmdə palçıq və daş kömür tullantılarının altında itkin düşmüş 276 nəfərin axtarışına davam edir.

Həbs olunanlar arasında dünyanın ən böyük dəmir filizi istehsalçısı olan Vale mədən şirkətinin 3 əməkdaşı da var. Digərləri isə bəndi yoxlamadan keçirmiş Almaniya şirkətinin iki işçisidir.

Səlahiyyətlilər şirkət rəsmilərinin istintaqla əməkdaşlıq etdiyini söyləyib.

The Wall Street jurnalının verdiyi məlumata görə, Vale şirkəti ötən cümə çökən bəndə bənzər digər 10 bəndin sökülməsini planlaşdırır.

XS
SM
MD
LG