Accessibility links

Braziliyada fəlakət zonasına helikopterlər göndərilib


Braziliyada fəlakət zonasına helikopterlər göndərilib
Braziliyada fəlakət zonasına helikopterlər göndərilib

Braziliyada hərbçiləri azı 610 adamnın ölümünə bais olmuş daşqın və palçıq sürüşmələrində ilişib qalan adamları xilas etmək üçün əraziyə helikopterlər göndərib. Leysan yağışları Rio de Janeyro regionunun dağlıq regionuna çıxışı xeyli çətinləşdirib. Saysız-hesabsız cəsədlər palçıq və dağıntıların altında qalıb. Palçıq çayları yüzlərlə evi məhv etmiş, və 14 min adamı evsiz eşiksiz qoymuşdur. Rəsmilər ehtiyat edirlər ki, əlavə yağış növbəti günlərdə daha çox insan təlafatına səbəb ola bilər.

XS
SM
MD
LG