Accessibility links

Braziliyada prezident seçkilərində ultra sağçı namizəd qələbə qazanıb


Jair Bolsonaro
Jair Bolsonaro

Braziliyada ifrat sağçı namizəd Jair Bolsonaronun prezident seçkilərinin qalibi olmasından sonra, ölkədə vətəndaş hüquqları və söz azadlığının məhdudlaşdırılacağına dair narahatlıq artıb.

İndi hökumətimiz məni dəstəkləyənlər kimi eyni hədəfə sahib olan insanlar tərəfindən yaradılacaq. Məqsəd Braziliyanı böyük, azad və firavan etməkdir.
Jair Bolsonaro

Seçki bülletenlərinin demək olara hamısı hesablanıb və ilkin nəticələrə əsasən Sosial Liberal Partiyasından olan Bolsonaro bazar günü keçirilən seçkinin ikinci raundunda səslərin təxminən 56 faizini qazanıb. Onun solçu rəqibi, İşçi Partiyasından Fernando Haddad isə 44 faiz səs toplayıb.

​“Hökumətimizi məni dəstəkləyən insanlar kimi eyni məqsədə sahib insanlar təşkil edəcək. Bizim məqsədimiz isə Braziliyanı əzəmətli, azad və firavan etməkdir. Əmin olun, biz bunun üçün gecə-gündüz çalışacağıq”, deyə Jair Bolsonaro bildirib.

Onun qələbəsi seçicilərin son 15 ildə Braziliyanı idarə edən solçu administrasiyalarından üz döndərdiyini əks etdirir. Latın Amerikasının ən böyük iqtisadiyyatı 2014-cü ildən bəri tənəzzüllə üzləşir. Siyasi quruluş yüksək səviyyəli korrupsiya qalmaqalı ilə sarsılıb, cinayət və qətl hallarının sayı isə kəskin artıb.

Bolsonaro seçki kampaniyasında dəyişiklik vəd edib. O özünü qanun və qaydaya riayət edən, polis qüvvələrinə cinayətlərin qarşısını almaq üçün daha çox azadlıq verəcək namizəd olaraq təsvir edib.

Ancaq bir çox braziliyalı onun 1964-1985-ci illərdəki hərbi diktatorluğa olan heyranlığı, eləcə də qadınlar, cinsi azlıqlar və ölkənin qaradərili əhalisi haqda xoşagəlməz şərhlərindən narahatdır.

Bolsonaro sabiq ordu kapitanıdır, onun ultra-sağçı ritorikası və vədləri, çılğın şəxsiyyəti ona “Tropik Tramp” ləqəbini qazandırıb.

Ağ Evin mətbuat katibi Sara Hakabi Sanders bildirib ki, ABŞ prezidenti Donald Tramp bazar günü gecə telefon Bolsonaroya zəng edərək, onu qələbəsi münasibətilə təbrik edib. Mətbuat katibinin sözlərinə görə, hər iki lider “ABŞ və Braziliya xalqlarının həyatlarını yaxşılaşdırmaq məqsədilə yan-yana işləmək barədə öhdəliklərini dilə gətirib”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG