Accessibility links

Braziliyada prezident seçkilərinin ilk raundu keçirilib


Braziliyada səslərin 99 faizindən çoxunun hesablanmasından sonra ifrat sağçı namizəd Jair Bolsonaro səslərin 46 faizini toplayaraq, prezident seçkilərinin ilk raundunun qalibi olub.

Lakin bazar günü keçirilən seçkilərin gözlənilməz lideri olan 63 yaşlı Bolsonaro səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün prezident seçkilərinin ikinci turunda yenidən yarışmalı olacaq.

Ötən ay mitinqdə ona qarşı sui-qəsd cəhdində sağ qalan Bolsonaro ölkədə keçmiş hərbi diktatorluq haqda yüksək fikrə malik, qadınlar, cinsi azlıqlar, eləcə də ölkənin qaradərili və yerli əhalisini təhqir etmiş ifrat sağçı sabiq ordu kapitanıdır. O həmçinin Braziliyanın polis qüvvələrinə nəzarəti azaldıraq, cinayətlərin qarşısını alacağını vəd edib.

Fernando Haddad və Jair Bolsonaro
Fernando Haddad və Jair Bolsonaro

Onun ən yaxın rəqibi San Paulo şəhərinin sabiq icra başçısı, solçu namizəd Fernando Haddaddır.

Latın Amerikasının ən böyük iqtisadiyyatına malik və ən böyük ölkələrindən biri olan Braziliyada seçkilər böyük siyasi korrupsiya qalmaqalının aşkarlanmasından sonraya təsadüf edir.

Bolsonaro və Haddad oktyabrın 28-də seçkilərin növbəti turunda iştirak edəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG