Accessibility links

Braziliyada qeyri-adi şəraitdə fəaliyyət göstərən sirk


Braziliyada qeyri-adi şəraitdə fəaliyyət göstərən sirk
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Braziliyada qeyri-adi şəraitdə fəaliyyət göstərən sirk

Teatrda köhnə bir deyim var, şou davam etməlidir. Ancaq qlobal pandemiya baş verirsə və böyük auditoriyaların bir yerə toplanması ssenarisi dəyişilirsə, sirk kimi şoular davam edə bilmir.

Koronavirus Rio-de-Janeyrodakı Eştoril Sirk sənətçilərinə zərbə vurduğu vaxt sosial məsafə qaydaları səhnədəki ifaçıları və oturacaqlardakı tamaşaçıları bir-birindən uzaq salıb.

“Bu, bizim üçün sevdiyimiz birini itirmək kimi idi. Peyvənd tapılana qədər geri qayıtmaq ümidi olmadan dörd aydır sirkdən məhrum olmuşuq" - deyə, sirkin təlxəyi Anderson de Souza Silva bildirib.

Anderson de Souza Silva təlxək işləyir. O, sirki tərk edən 35 işçidən biridir. Bu sirkdə pandemiyadan əvvəl 78 nəfər çalışırdı. Onun hələ də işinin olmasının səbəbi sirk həvəskarlarının şounu izləmə formasını dəyişməsidir.

"Allaha şükür ki, bu gün, drive-in modeli ilə tamaşaya yenidən başlamaq fürsətimiz var. Bu yeni layihədə iştirak etdiyim üçün çox xoşbəxtəm” - deyə, o qeyd edib.

Sirkin administratoru Nivaldo Junior tamaşaçıları avtomobillərində saxlamaqla şounun sosial məsafə qaydalarına riayət etməklə qalib olduğunu deyir.

“Biz drive-in kinoteatrlarını həmin gün xatırladıq. Bütün bu müddət ərzində heç bir iş olmadan pandemiyanın gətirdiyi stresdən qurtulmağın yolları haqda düşündük və sonra ağlımız fikir gəldi: drive-in sirk!" - deyə, sirkin administratoru Nivaldo Junior bildirib.

Yerli məclis üzvü Villian Sezar şounun ailəsinin COVİD dövründəki təməlini qoruduğunu söyləyir.

“Mədəniyyət ilə təmasda olmaq çox gözəldir. Bu, heyranedicidir. Qızım bunu sevir. Dəfələrlə o, ən siqnal verir. Alqışlasaq, eşidilməyəcək, buna görə də maşın siqnalı ilə əvəz edirik ” - deyə, şəhər şurasının nümayəndəsi qeyd edib.

Sirk işçiləri üçün şou həm işləmək, həm də çətin vaxtda insanlarla ünsiyyətdə olmaq üçün bir fürsətdir.

“Biz bunu kinoteatrlar kimi edirik. Ailələr karantin zamanı keçirdiyimiz bu çətin dövrlərdə bir qədər sevinc hissi keçirmək üçün sirkə gəlir və bu böyük şounu izləyirlər" - deyə, sirkin administratoru Nivaldo Junior açıqlayıb.

Estoril Sirk 1898-ci ildə Portuqaliyada başlayıb və 30 ildir Braziliyadadır. Bu ilk dəfədir ki, səhnə ətrafında insanların əvəzinə maşınlar dolaşır.

XS
SM
MD
LG