Accessibility links

Yeni araşdırmalar döş xərçəngindən sağ çıxan qadınlara uşaq sahibi olmaq ümidi verir [Video]


Döş xərçəngindən sağ çıxanların hamilə olması risklə üz-üzə gəlmək deməkdir. Onkoloq Ann Partric: “Buna görə də döş xərçəngi olan gənc qadın hamilə qalmaq və bir də bu xəstəliyin geri qayıtmamasını istəyirsə o, kimya-terapiyası və ya hormonal terapiya, ya da hormonları blok edəcək dərmanlar qəbul etməlidir.”

Xərçəngə qarşı adi Tamoxifen-in preparatını hamiləlik dövründə qəbul edilməsi təhlükəsiz deyil, Hətta bu preparat hamilə qalmağa mane ola bilər. Buna görə də hamilə qalmaq istəyən qadınlar bu preparatı qəbul etməyi dayandırmalıdır.

Sara Myurey və onun həyat yoldaşı Tom belə bir riskə getmək istəyir. “Bu çox çətin bir qərardır. Ailə qurmaq həvəsi mənim bu yolu tutmağımda mühüm rol oynadı. Həyatımı tamlıqla yaşamamaq qorxusu bunun yenidən baş verməsi qorxusundan üstün idi” deyə, vaxtilə döş xərçənginə tutulan Sara Myurey bildirir.

Yeni araşdırmaların nəticələri belə bir seçim qarşısında qalan qadınları sakitləşdirə bilər. Araşdırmaların nəticələri döş xərçəngindən sağ çıxan 1200-dən çox qadının dörddə bir hissəsinin hamilə qaldığını göstərib. “Döş xərçəngindən sonra uşağı olan qadınlarda və uşağı olmayan qadınların vəziyyətinin eyni olduğuna dair kifayət qədər məlumat var.”

Xərçəng diaqnozlaşdırılmasından 10 il sonra belə uşağı olan və olmayanlar arasında fərq müşahidə edilməyib

XS
SM
MD
LG