Accessibility links

Döş xərçənginin müalicəsində inqilabi dəyişiklik ola bilər [Video]


Döş xərçənginin müalicəsində inqilabi dəyişiklik ola bilər
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Şante Tomasa ikinci dərəcəli döş xərçəngi diaqnozu qoyulanda o, özünü tamamilə itirmişdi. “Ağlıma gələn ilk fikir bu oldu ki, mən öləcəyəm” deyə, o bildirir.

Düzgün müalicə alan bir çox qadın bu xəstəliyin qarşısını ala bilib. Lakin həkimlər üçün 50-dən çox dərmanın arasından hansının sağaldacağını bilib, seçmək çox çətindir. Başqa bir problem də var, xərçəngin qarşısını alan dərmanların tərkibində zəhərli maddə çox yüksəkdir və bu dərmanlar xərçəng hüceyrələri ilə yanaşı sağlam hüceyrələri də öldürür.

Hazırda xərçəngə qarşı düzgün dərmanı müəyyənləşdirmək tapmaca oyunu kimidir və bu, heç də həmişə nailiyyətli olmur.

Vanderbilt Universitetinin alimləri şiş əmələ gətirən hissəciklərə qarşı “orqanoid” adlanan lazerdən istifadə edir. Araşdırmaçı Aleks Valş Amerikanın Səsi ilə Skyp vasitəsilə danışır. “Orqanoidlər şişin çox kiçik hissəcikləridir ki, biz onları Petri qablarında yetişdiririk və onların diametri 100-dən 300-ə qədər mikrometr olur.”

Onlar mikroskopik dərəcədə kiçikdirlər. Onlara kollagen geli verilən zaman xərçəng hüceyrələri insan orqanızmində olduğu kimi böyüyür. Onlar təbii flüorosentdirlər. Belə ki, alimlər xərçəngə qarşı dərmandan istifadə edərkən bu dərmanın flürosentə nə dərəcədə təsir etdiyinin şahidi ola bilir.

Professor Melissa Skala aparıcı alımlərdən biridir. Onun sözlərinə görə, əsas məqsəd döş xərçəngi olan xəstələrin müalicəsidir. “Biz döş xərçəngi olan xəstələrin çoxunun ilk dəfə müalicəyə müsbət reaksiyasını görürük. Amma şiş böyüdükdən sonra onların çoxu həyatlarını itirir.”

“Bizim məqsədimiz səmərəsiz müalıcə üsullarını ləğv edərək, ən effektiv dərmanları üzə çıxarmaqdır.”

Melissa Skala deyir ki, növbəti addım xəstə üçün hansı dərmanların işləyəcəyini düzgün proqnozlaşdırmaqdır.

Ümid var ki, hazırda üzərində işlənilən terapiya üsulu 5-10 ilə praktikaya qoyulsun. Bu isə o deməkdir ki, Şante Tomas kimi xəstələr diaqnozlarının avtomatik ölüm hökmü olduğunu düşünməyəcəklər.

XS
SM
MD
LG