Accessibility links

Bred Pitt və Ancelina Colinin toy mərasimindən mətbuat xəbər tutmayib


Bred Pitt və Ancelina Coli Fransada tam məxfi toy etməklə gizlədilməsi az qala mümkün olmayan bir işin öhdəsindən gəlib.

Əksər hallarda Hollivud aktyorları toy mərasimləri barədə məlumatları gizlətməyə çalışdıqda, məlumat asanlıqla mətbuata sızır.

Amma bundan əvvəl də bəzi məşhur cütlüklər nikah mərasimlərini gizli keçirə bilib. Məsələn Kristin Bell və Daks Şepard nigahlarını rəsmən elan etmək üçün Beverli Hills şəhərində məmur ofisində vals etmişlər. Və beləliklə pərəstişkarları məsələdən agah olmuş və təəccüblənmişlər.

Steysi Kibler karyerasına səs-küylə başlayıb. Amma Cared Pobre ilə üzüklərini sakitcə Meksika çimərliyində dəyişib.

Penelop Kruz və Haviyer Bardemin toyları həftələr uzunu radardan yayına bilib. Xeyli vaxtdan sonra prəstişkarları onların Baham adalarında dostlarının evində, yalnız ailə üzvlərinin iştirakı ilə toy mərasimi keçirildiklərindən xəbər tutub.

Bleyk Liveli və Rayan Reynolds isə deyilənə görə 2012-ci ildə keçirilən toy mərasiminə bundan bir qədər çox insan toplayıb. Amma adamın sayının çox olmasına baxmayaraq Cənubi Karolinanın Mount Pleasant şəhərində keçirilən mərasimdən heç kim xəbər tutmayıb.

Zoe Saldana italiyalı rəssam Marko Pereqo ilə super kiçik amma olduqca romantik və gözəl toy mərasimi keçirib.

Viktoriya Secretin mələklərindən olan Miranda Kerr Orlando Blumla tələsik toy etdi və heç kəs bundan xəbər tutmağa macal tapmadı.

XS
SM
MD
LG