Accessibility links

Brett Kavano Senatın Ədliyyə Komitəsi qarşısında sualları cavablandıracaq


ABŞ Ali Məhkəməsinin hakimi vəzifəsinə nominasiya edilmiş Brett Kavano Senatın Ədliyyə Komitəsi qarşısında çərşənbə günü sualları cavablandıracaq.

Kavano artıq komitə üzvlərinə hakimlərin qanun yaratmalı deyil, qanunu şərh etməli olduqlarına inandığını deyib.

Onun təsdiqinə dair dinləmələrin ikinci günü Kavanonun doqquz üzvlü məhkəməyə qoşulub-qoşulmayacağını müəyyən etmək üçün senatorların abort, hər kəsə bərabər imkanların verilməsi və icraedici hakimiyyət kimi məsələləri qaldıracağı gözlənilir.

Çərşənbə axşamı başlayn proses mübahisəsiz keçməyib və Komitənin demokrat üzvlərinin dinləmələri təxirə salmağa çalışması, kütlə arasnda etirazçıların səs küyü və bəzi senatorların təhqir edilməsi kimi hallarla müşayiət olub.

Senat tərəfindən namizədliyi təsdiq edilsə, Kavano təqaüdə çıxmış və həlledici səsə malik olmuş hakim Antoni Kennedini əvəz edərək, Ali məhkəmədə mühafizəkar əksəriyyətin mövqeyini möhkəmlədə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG