Accessibility links

Brexit-in möhləti oktyabradək uzadıldı


Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqı ilə Brexit-in möhlətinin oktyabrın 31-dək uzadılması ilə bağlı razılıq əldə edib. Bu, onun istədiyi son möhlət tarixindən dörd ay daha gecdir.

Mey deyib ki, yeni möhlət tarixinə Avropa İttifaqı nazirləri onun Britaniya parlamenti ittifaqı tərk etməklə bağlı strategiyanı təsdiq etdiyi təqdirdə, ittifaqdan erkən çıxmaq tələbini qəbul edəndən sonra razılaşıb.

“Möhlətin uzadılması bizə başlatdığımız prosesi davam etdirməyə, parlamentə gələcəklə bağlı əksəriyyətin təsdiqlədiyi mövqe irəli sürməyə imkan yaradacaq ki, biz razılığı təsdiq etdirə və Avropa İttifaqını tərk edə bilək. Mən bunu mümkün qədər tez etmək istəyirəm. Əgər biz bunu mayın 22-dən öncə edə bilsək, o zaman Avropa Parlamenti seçkilərində iştirak etmək məcburiyyətində qalmayacağıq” - deyə, Mey bildirib.

Bu, üçüncü dəfədir ki, Avropa İttifaqı Britaniyanın möhlət tarixini uzadır və bəzi rəsmilər deyir ki, Aİ liderlərinin səbri tükənir.

Avropa İttifaqı Meyin ittifaqdan çıxmaq planını qəbul edib, lakin Britaniya parlamentı bu planı rədd edib, amma yeni plan hazırlamayıb.

Mühafizəkarlar Partiyasının bir çox qanunvericisi deyib ki, artıq Meyin istefa vermək və Brexit məsələsi ilə başqasının məşğul olmasına imkan yaratmaq vaxtı çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG