Accessibility links

Meşə heyvanlarını avtomobil yollarından uzaq saxlayan körpülər


Meşə heyvanlarını avtomobil yollarından uzaq saxlayan körpülər
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Vaşinqton ştatındakı magistral yollarda tikilən körpülər nə avtomobillər, nə də piyadalar üçündür. Məqsəd meşələrdəki heyvanları avtomobil yollarından uzaq saxlamaqdır.

Siettl yaxınlığından keçən 90 nömrəli magistral yolndan ölkənin müxtəlif hissələrinə çox sayda maşın keçir. Bu yol eləcə də qalın meşəliyi olan Kaskad dağlarından keçir.

Ətraf mühitin “Şimal-Qərbin Mühafizəsi” təşkilatından Cin Vatkins avtomobillə vəhşi təbiətin qarşılaşmasının acınacaqlı fəsadlarından danışır. “Heyvanların yola çıxması çox zaman onların ölümü ilə nəticələnir. Sonda isə belə yollar vəhşi təbiətin canlılarının böyük hissəsini məhv edə bilər.”

Beləliklə, Vaşinqton ştatı belə körpüləri meşələrdəki heyvanların hərəkət etmələri üçün öz yolları olması üçün salır. Meqan Latt Nəqliyyat Nazirliyinin sözçüsüdür. “Belə yolların salınması meşə heyvanlarının İ-90-a çıxmalarının qarşısını alacaq və sürücülərin təhlükəsizliyini təmin edəcək.”

Meşələrdə salınan belə körpülər Kanadanın Banf Milli Parkında heyvanların maşınlarla toğğuşmasının qarşısını 80 faiz alıb. Sədlər həm heyvanları yoldan qoruyur, həm də avtomobil səs-küyünün qarşısını alır.

Bəzən şosse yolunun körpünün altından keçməsi daha əlverişli olur. Cin Vatkins deyir ki, hər iki halda heyvanlar avtomobil qəzasından uzaqdır. “Maraldan tutmuş ayıya qədər, ən kiçik salamanderlər belə yem axtarmaq, yaxud deyək ki, meşədə yanğın kimi müxtəlif səbəblərdən yerlərini dəyişməli olur və bir yerdən başqa yerə gedir.”

Hələ ki, bütün ölkə boyu meşələrdə cəmi 20 belə körpü salınıb. Vatkins deyir ki, azı 20 əlavə körpü salınmalıdır. O, əsas maneənin pul çatışmazlığı olduğunu deyir.

XS
SM
MD
LG