Accessibility links

Briləşmiş Ştatların kino sənayesinin bir qrup görkəmli nümayəndəsi İran hökumətinə müraciət edib


Briləşmiş Ştatların kino sənayesinin bir qrup görkəmli nümayəndəsi İran hökumətinə müraciət edib
Briləşmiş Ştatların kino sənayesinin bir qrup görkəmli nümayəndəsi İran hökumətinə müraciət edib

Müraciətə Stiven Spilberq, Martin Skorsezi və Frensis Ford Kopolla da daxil edilməklə, bir çox məşhur imza atmışdır

Stiven Spilberq, Martin Skorsezi və Frensis Ford Kopolla da daxil edilməklə, Briləşmiş Ştatların kino sənayesinin bir qrup görkəmli nümayəndəsi İran hökumətini rejissor Cəfər Pənahini həbsdən azad etməyə çağırıblar. Məşhur kino-aktyorlar Robert De Niro və Robert Redfordun da imzaladığı müraciətdə cənab Pənahinin həbsi və hələ də həbsxanada saxlanması pislənilir. Rejissor Cəfər Pənahi həyat yoldaşı, qızı və evlərindəki 15 nəfər qonaqla birlikdə mart ayında həbs edilmiş və Evin həbsxanasına aparılmışdır. İran hökumətinə müraciət edənlər cənab Pənahiyə qarşı İran rejimi əleyhinə film çəkmək ittihamı irəli sürüldüyünü deyirlər.

XS
SM
MD
LG