Accessibility links

Britaniya Vaqner qruplaşmasını terror təşkilatı elan edəcəyini bildirib


Britaniya çərşənbə günü Rusiyanın muzdlulardan ibarət Vaqner qruplaşmasını terror təşkilatı elan edəcəyini bildirib.

Hökumətin dediyinə görə, parlamentdə qərar qəbul ediləcək və təsdiqləndiyi təqdirdə qrupa üzv olmaq və ya dəstək vermək qanunsuz hesab ediləcək. Sərəncam hökumətə Vaqner-in aktivlərinə həbs qoymağa imkan verəcək.

Daxili işlər naziri Suella Braverman deyib ki, Vaqner "talan, işgəncə və qətllərdə iştirak edib. Onun Ukrayna, Yaxın Şərq və Afrikadakı əməliyyatları qlobal təhlükəsizliyə təhdiddir".

Vaqner Rusiyanın Ukraynadakı müharibəsində iştirak edib və iyun ayında qruplaşmanın lideri Yevgeni Priqojin rus ordusuna qarşı qısa üsyan qaldırıb.

Rusiya Mülki Aviasiya Agentliyinin avqustun 24-də verdiyi məlumata görə, Priqojin Moskvanın şimalında qəzaya uğrayan və içərisində olan 10 nəfərin hamısının həlak olduğu təyyarədə olub.

Qəza həm də Rusiya mətbuatının Priqojinlə əlaqəsi olan yüksək səviyyəli generalın Hərbi Hava Qüvvələrinin komandiri vəzifəsindən azad edildiyi barədə yaydığı xəbərdən sonra baş verib.

Britaniya bundan əvvəl Vaqner və Priqojinə qarşı sanksiyalar tətbiq edib.

Forum

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG