Accessibility links

Britaniya şahzadəsi Harri Amerika aktrisası Meqan Marklla nişanlanıb


Britaniya şahzadəsi Harri rəsmi olaraq amerikalı aktrisa Meqan Marklla nişanlanıb.

Bu xəbəri Harrinin atası şahzadə Çarls bu gün açıqlayıb. "Zati- aliləri Uels şahzadəsi Harrinin xanım Meqan Marklla nişanlanması xəbərini böyük məmnuniyyətlə bəyan edir."

Bəyanatda şahzadə Harrinin toy mərasiminin 2018-ci ilin baharında keçiriləcəyi, dəqiq gün barədə isə əlavə məlumat veriləcəyi deyilir.

Bəyanatda şahzadə Harrinin kraliçanın və ailə üzvlərinin, eləcə də Meqan Marklın ailəsinin xeyir-duasını aldıqdan sonra bu ayın əvvəlində Londonda nişanlandığı bildirilir.

Meqan Marklın ailəsi də nişanla bağlı bəyanatla çıxış edərək, Harri və Meqana görə çox xoşbəxt olduqlarını deyib.

XS
SM
MD
LG