Accessibility links

Rusiya Yeni il ərəfəsində Ukraynaya raket zərbələri endirir


Kyivdə Rusiyanın raket zərbəsi nəticəsində baş verən dağıntılar. 31 dekabr, 2022.
Kyivdə Rusiyanın raket zərbəsi nəticəsində baş verən dağıntılar. 31 dekabr, 2022.

Yeni il ərəfəsində Rusiya Ukrayna boyu raket zərbələri endirib. Kyiv şəhərində səkkiz güclü partlayış nəticəsində azı bir nəfər ölüb, 28 nəfər yaralanıb.

Kyivin meri Vitali Kliçko deyib ki, şəhərinə qərbi Solomianski rayonunda azı bir nəfər ölüb və Kyivdə yaralananlar arasında biri yaponiyalı jurnalistdir, bir nəfərin isə vəziyyəti kritikdir. Kliçko sakinlərə sığınacaqda qalmaları üçün xəbərdarlıq edib.

Kyivin mərkəzində raketlər yaşayış binalarına, o cümlədən otelə, həmçinin Ukrayna sarayına və konsert salonuna düşüb.

Bundan əlavə Ukraynanın başqa regionlarında, o cümlədən şərqdə Donetsk vilayətində də patlayışların olduğu bildirilir. Kramatorskun meti Oleksandr Honçarenko deyib ki, sənaye zonasına raket zərbəsi endirilib, amma tələfat barədə məlumat yoxdur.

Mikolaiv vilayətinin qubernatoru Vitali Kim deyib ki, Mikoliv şəhərində azı altı nəfər yaralanıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib, birinin vəziyyətinin kritik olduğu deyilir.

Prezident aparatının rəhbər müavini Kirilo Timoşenki deyib ki, qərbdə yerləşən Xmelnitski şəhərində raket zərbəsi nəticəsində iki nəfər yaralanıb.

Timoşenkonun bildirdiyinə görə, cənub-şərqdə yerləşən Zaporijjya şəhərində yaşayış binaları zədələnib, ancaq tələfatlar barədə məlumat hələ də dəqiqləşdirilir.

Bundan əvvəl sosial mediada Kyiv, Xerson, Xarkiv, Vinnitsia və Jitomır vilayətlərindən hava hücumdan müdafiə sistemlərinin işlədiyi bildirilirib.

Rusiyanın ölkə boyu zərbələr endirməsi dekabrın 29-da Ukraynada qarşı başqa kütləvi hücumlar etməsindən üç gün sonraya təsadüf edir.

Britaniya Müdafiə Nazirliyi şənbə günü Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı kəşfiyyat məlumatında bildirib ki, Rusiyanın Ukrayna boyu “intensiv” uzun-mənzilli zərbələr “dalğasını” davam etdirəcəyi, xüsusilə də “enerji paylayıcı şəbəkəni hədəfləyəcəyi”gözlənilir.

Şənbə günü Twitter-də paylaşılan hesabatda bildirilib ki, “Rusiya demək olar, şübhəsiz ki, Ukraynanın hava hücumundan müdafiə sistemlərini alt-üst etmək cəhdində bu yanaşma ilə irəliləyir. Ancaq Rusiyanın yeni il bayramı zamanı Ukrayna əhalisinin əhval-ruhiyyəsini sarsıtmaq məqsədilə yaxın günlərdə yenidən zərbə endirmək üçün bu yanaşmadan uzaqlaşacağına dair real ehtimal var.”

Rusiya və Ukrayna liderləri şənbə günü Yeni il nitqləri ilə çıxış edəcəklər. Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin döyüşlərlə bağlı qiymətləndirmələri və onların daha nə qədər davam edəcəyi ilə bağlı proqnozlarını verəcəkləri gözlənilir.

Bu arada isə Zelenski cümə günü deyib ki, Ukrayna Rusiyanın hava zərbələri dalğalarına müqavimət göstərməyə və onları dəf etməyə davam edir və Ukraynanın hava hücumundan müdafiəsi “həmişəkindən daha güclüdür.”

“Yeni ildə Ukraynanın hava hücumindan müdafiəsi daha güclü və daha effektiv olacaq,” o əlavə edib.

Ukrayna lideri deyib ki, Ukraynanın hava hücumundan müdafiəsi “Avropanın ən güclüsü ola bilər ki, bu, təkcə bizim ölkəmiz deyil, bütün qitə üçün” təhlükəsizlik zəmanətidir.

Birləşmiş Ştatlar ötən həftə Ukraynaya təxminən 2 milyard dollar dəyərimdə əlavə hərbi yardım elan edib. Buna Patriot Hava Hücumundan Müdafiə Sistemi daxildir ki, o, təyyarələr, qanadlı və balistik raketlərə qarşı müdafiə təmin edir.

NATO-nun baş katibi Yens Stoltenberq NATO üzvlərini Ukraynanı daha çox silahla təchiz etməyə çağırıb.

XS
SM
MD
LG