Media maqnatı Rubert Merdok telefon danışıqlarının dinlənilməsilə bağlı qalmaqala görə özünü alçalmış hiss etdiyini deyi, lakin əlavə edib ki, şəxsən buna görə məsuliyyət daşımır.
80 yaşlı Merdok bu gün oğlu Ceymslə birlikdə Britaniya parlamenti qarşısında qalmaqalla əlaqədar əlaqədar ifadə verib. Onlar News of the World qəzetinin bağlanmasına gətirib çıxaran qalmaqala görə üzr istəyiblər. Qəzetin redaktoru Rebekka Bruks da qanuvericilərin suallarına cavab vermək üçün parlamentdə dinləmələrdə iştirak edib.
Britaniyanın Baş naziri Deyvid Kameron parlamentin təcili iclasında iştirak etmək üçün Afrikaya səfərini yarımçıq qoyub. News of the World qəzetinin müxbirləri minlərlə məşhur adam, siyasətçi və rəqib jurnalistlərin mobil telefonlarının səsli mesajlarına qeyri-qanuni daxil olmaqda ittiham edilir. Rubert Merdok 168 ildir nəşr edilən qəzeti keçən həftə bağlayıb. Qalmaqalla əlaqədar Londonun polis idarəsinin iki rəisi istefa verib.