Accessibility links

Britaniyanın keçmiş rəsmisi 6 il əvvəl Moskvada casusluq cəhdini etiraf edib


Britaniyanın keçmiş rəsmisi 6 il əvvəl Moskvada casusluq cəhdini etiraf edib
Britaniyanın keçmiş rəsmisi 6 il əvvəl Moskvada casusluq cəhdini etiraf edib

Britaniyanın yüksək səviyyəli keçmiş rəsmisi ilk dəfə olaraq Britaniyanın Rusiyada casusluq etdiyini etiraf edib.

Conatan Povel BBC-yə müsahibədə Britaniya casuslarının Moskvada altı il bundan əvvəl casusluq fəaliyyətlərinə görə birbaşa məsuliyyət daşıdığını deyib. Onun sözlərinə görə, Rusiya hökumətinin casusluq cəhdi haqda bundan əvvəl məlumatı var idi, lakin onlar məsələsini siyasi məqsədlə saxlayıb açmırdı.

Rusiya televiyazısında 2006-cı ildə Britaniya rəsmilərinin Moskvada küçələrdən birində sünli daş qoyduğu video nümayiş etdirilib. Video görüntüdə daşın içinə Britaniya rəsmiləri tərəfindən yüklənəcək məlumat bazasının saxlanması üçün kommunikasiya avadanlığı yerləşdirildiyi göstərilir.

O zaman Rusiya prezidenti olan Vladimir Putin casusluq cəhdindən qeyri-hökumət təşkilatlarına qarşı məhdudiyyətlərin tətbiq edilməsi üçün bəhanə kimi istifadə etmişdi. Rusiya rəsmiləri Britaniyanı hökumət əleyhinə narazılıqları artırmaq ümidləri ilə insan hüquqları qrupların maliyyə verməkdə ittiham etmişdi.

Conatan Pauel o zaman Britaniyanın Baş naziri Toni Bleyerin administrasiyasının rəhbəri olmuşdur.

Britaniyanın Xarici İşlər nazirliyi Paulein açıqlamalarını şəhr etməkdən imtina edib.

XS
SM
MD
LG