Accessibility links

Britaniya: Rusiya Ukraynada yeni işğal olunmuş ərazilərdə referendum keçirmək istəyir


Rusiya hərbçiləri Rusiyanın Ukraynaya davam edən hərbi müdaxiləsi fonunda Ukraynanın Xerson şəhərində dəyişdirilmiş Sovet İttifaqı bayrağı altında keşik çəkir. 20 may 2022.
Rusiya hərbçiləri Rusiyanın Ukraynaya davam edən hərbi müdaxiləsi fonunda Ukraynanın Xerson şəhərində dəyişdirilmiş Sovet İttifaqı bayrağı altında keşik çəkir. 20 may 2022.

Britaniyanın Müdafiə Nazirliyi iyulun 30-da bildirib ki, Ukraynanın cənubunda işğal olunmuş ərazilərdə Rusiyanın təyin etdiyi rəsmilər Moskva tərəfindən təzyiqlə üzləşirlər və mümkündür ki, bu ilin sonunda Rusiyaya qoşulmaq üzərində referendum keçirməyə hazırlaşırlar.

“Yerli rəsmilər, böyük ehtimalla, səsvermə reyestrlərini tərtib etmək üçün əhalini şəxsi məlumatlarını açıqlamağa məcbur edirlər,” nazirlik müntəzəm olaraq etdiyi kəşfiyyat məlumatlandırmasına bildirib.

Nazirliyin bildirdiyinə görə, Rusiya işğal altında olan torpaqları müvəqqəti “mülki-hərbi idarə” altında təsnif edir.

Ötən ay Ukraynanın işğal altında olan Xerson şəhətinin ətrafındakı əraziyə nəzarət edən Moskvanın təyin etdiyi hərbi administrasiya Rusiyaya qoşulmaqla bağlı referendum keçirməyə hazırlaşdığını bildirib.

Qara Dənizdə mühüm liman olan Xerson mart ayının əvvəlindən bəri tamamilə Rusiyanın nəzarəti altındadır.

Rusiya 2014-cü ildə saxtalaşdırıldığına inanılan və nətcilərinin səs verənlərin 97 faizinin rusiyaya qoşulmağı dəstəklədiyini göstərən referendumdan sonra Ukraynanın Krım yarımadasını qanunsuz şəkildə ilhaq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG