Accessibility links

Londonda əsgəri qətlə yetirənlərə qarşı hökm çıxarıldı


Britaniya məhkəməsi keçən iin may ayındal Londonda bir əsgəri vəhşicəsinə qətlə yetirən iki nəfərə qarşı hökm çıxarıb. Li Riqbi adlı əsgəri qətlə yetirən 29 yaşlı Maykl Adebolajo ömürlük, 22 yaşlı Maykl Adebovale isə 45 il həbs cəzasına məhkum edilib.

Qatillər Li Riqbini kazarma yaxınlığında ələ keçirərək, çoxsayda bıçaq zərbəsi endirmiş, sonra isə balta ilə başını kəsməyə cəhd etmişlər. Bütün bunlar gizli kamera ilə çəkilmişdi.

Telefonla çəkilmiş videoda Adebolajonun əsgərin qanlı cəsədini göstərərək, bunun Britaniya əsgərlərinin dünya boyu müsəlmanları qətlə yetirdiklərinə görə qisas olduğunu deməsi də nümayiş etdirilir.

XS
SM
MD
LG