Accessibility links

Britaniyanın Baş naziri vəzifəyə təyin olunduqdan cəmi altı həftə sonra istefa verdi


Liz Trass
Liz Trass

Maliyyə bazarlarında iqtisadi proqramları ilə şok dalğaları yaradan və özünün Mühafizəkarlar Partiyasını parçalayan Liz Trass Britaniyanın Baş naziri təyin olunduqdan cəmi altı həftə sonra, cümə axşamı vəzifəsindən istefa verdiyini bəyan edib.

Dovning Street-dəki 10 nömrəli ofisinin qarşısında danışan Trass Mühafizəkarlar Partiyasından liderliyini namizəd kimi irəli sürdüyü zaman verdiyi vədləri yerinə yetirə bilmədiyini və partiyasının ona inamını itirdiyini qəbul edib.

Britaniya tarixində ən qısa müddətdə Baş nazir olan Trassın yeri uğrunda seçkilər gələn həftə ərzində başa çatacaq. 1827-ci ildə ölən Corc Kanninq 119 günlük xidməti ilə rekordəldə etmişdi.

"Vəziyyəti nəzərə alara, Mühafizəkarlar Partiyası tərəfindən seçildiyim mandatı yerinə yetirə bilmədiyimi etiraf edirəm. Buna görə də Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verdiyimi kral əlahəzrətə bildirdim" , Trass deyib.

Daha əvvəl Mühafizəkarlar Partiyasının rəsmiləri Dovninq stritdə toplaşaraq, onu istefa verməyə çağırmışdı.

Vəzifəyə sentyabrın 6-da təyin olunan Trass maliyyə naziri və ən yaxın siyasi müttəfiqi Kvasi Kvartenqi işdən çıxarmağa və böyük maliyyələşdirilməmiş vergi endirimləri planları funt-sterlinq və Britaniya istiqrazları çökdükdən sonra demək olar ki, bütün iqtisadi proqramından imtina etməyə məcbur olub. Trassın və onun Mühafizəkarlar Partiyasının reytinqləri çökməyə başlayıb.

Çərşənbə günü o, hökumətinin dörd ən yüksək rütbəli nazirindən ikincisini itirib. Parlamentdə özünü müdafiə etməyə çalışarkən gülüşə məruz qalıb və millət vəkillərinin siyasətlə bağlı açıq şəkildə mübahisə etdiyini, Vestminsterdəki xaosu dərinləşdirdiyini görüb.

Yeni maliyyə naziri Ceremi Hant hazırda iqtisadiyyatın tənəzzülə uğradığı və inflyasiyanın 40 ilin ən yüksək həddinə çatdığı bir vaxt investorları sakitləşdirməyə və Britaniyanın maliyyə reputasiyasını bərpa etməyə çalışır.

XS
SM
MD
LG