Accessibility links

Avropa İttifaqı: Britaniya mövqeyini aydınlaşdırmalıdır


Britaniyanın Avropa İttifaqından çıxmasına dair tarixi səsvermədən sonra Avropa liderləri Britaniya ilə münasibətlərin hansı şəkildə qurulmasını müzakirə etməyə başlayıb.

Almaniya kansleri Angela Merkel Almaniya parlamentində çıxışında deyib ki, Britaniyanın Avropa İttifaqının üzvü kimi mənsub olduğu imtiyazlarını itirməsinə baxmayaraq ki, ölkə NATO-nun yaxın müttəfiqi olaraq qalmaqda davam edəcək. O həmçinin xəbərdarlıq edib ki, Avropa İttifaqı miqrant böhranı kimi digər diqqət yetirilməli məsələlərin nəzərdən qaçırmamalıdır. Merkel birliyin daha da möhkəm olmasına nail olmağa və bundan sonra bölünmə hallarının qarşısının alınmasına çağırıb.

“Avropa İttifaqı Böyük Britaniyanın ayrılmasından sonra yoluna davam etmək üçün kifayət qədər güclüdür. Lakin bu, 27 üzv ölkə ilə mümkündür və birlik dünyada öz maraqlarını təmsil etmək üçün kifayət qədər güclüdür. Avropa İttifaqı dünyada ən nəhəng iqtisadi zonalardan biridir. Bu, birgə bölüşülən həmrəyik və dəyərlərdən ibarət və dünyanın cəlb etdiyi bir birlikdir. Eyni zamanda, sülh, rifah və sabitliyin qarantıdır” deyə Merkel bildirib.

Merkel Britaniyanın Avropa ilə gələcək münasibətlərinə misal kimi Norveci göstərib. O deyib ki, Avropa Birliyinin üzvü olmamasına baxmayaraq, bu ölkə azad ticari daşınmaya hörmətlə yanaşdığına görə azad bazara çıxış imkanına malikdir.

Brexit səsverməsini müzakirə etmək üçün Avropa parlamentinin növbədənkənar sessiyasında çıxış edən Avropa Komissiyasının prezidenti Jan-Klod Junker Britaniyanın Avropa Birliyi ilə dost münasibətlərini qoruyub saxlayacağına ümid etdiyini bildirib.

Amma o, Britaniyanın öz mövqeyinə tam əmin olmayanadək danışıqların baş tutmasının mümkün olmadığını təkrarlayıb.

XS
SM
MD
LG