Accessibility links

Britaniyanın baş naziri karantin dövründə şənlikdə iştirakına görə üzr istəyib


Baş Nazir Boris Conson çərşənbə günü 2020-ci ildə Britaniyada koronavirus karantini zamanı bir bağ şənliyinə qatıldığı üçün üzr istəyib və hökumətinin bəzi şeyləri "düzgün anlamadığını" deyib.

Boris Conson və işçiləri qadağa qoyulduğu zaman pandemiya məhdudiyyətlərini pozduğuna görə ictimaiyyətin və siyasətçilərin qəzəb dalğası ilə üzləşib. Consonun Mühafizəkarlar Partiyasının bəzi üzvləri bu qalmaqalı yatıra bilməsə onun istefa verməli olduğunu deyirlər.

Baş nazir ilk dəfə çərşənbə günü Downing Street ofisində 2020-ci ilin may ayında şənliyə getdiyini etiraf edib və deyib ki, o, həmin tədbirə pandemiya zamanı göstərdikləri səylərə görə işçilərə təşəkkür etmək üçün getmişdi.

"Mən üzr istəmək istəyirəm. Mən hamını geri, içəri göndərməliydim" - deyə. Conson İcmalar Palatasında millət vəkillərinə bildirib.

Həm opponentləri, həm də müttəfiqləri Consonun Britaniyada koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq etdiyi ciddi məhdudiyyətlər zamanı keçirilən "öz içkinizi gətirin" şənliyi ilə bağlı doğru danışmasını tələb edib.

"İctimai məsafəli içkilər" yığıncağına dəvət baş nazirin yardıçmısı tərəfindən elektron poçtla təxminən 100 nəfərə göndərilib. O vaxt Britaniyada insanların evlərindən kənarda bir nəfərdən çox adamla görüşməsi qanunla qadağan idi.

Bu, Consonun İcmalar Palatasındakı həftəlik Baş Nazirin Sualları sessiyasında partiyanın təfərrüatları ortaya çıxarmasından sonra məsələ ilıə bağlı ictimaiyyət qarşıpsında ilk çıxışı idi.

Baş nazir peşman olduğunu deyib, lakin yüksək səviyyəli dövlət qulluqçusu Su Grey tərəfindən aparılanı araşdırmasının nəticələrini gözləməyə çağırıb.

Şənlik qalmaqalı Connsonla bağlı artan problemlər siyahısına əlavə olunub.

“Partygate” adlandırılan qalmaqal Consonun hakimiyyətdə olduğu iki il yarımlıq dövründə ən böyük böhrana çevrilib. Britaniyada 2020-ci ilin martında başlayan və iki aydan çox davam edən ilk karantin rejimi zamanı demək olar ki, bütün toplantılar qadağan edilirdi. Milyonlarla insanın dostları və ailəsi ilə əlaqəsi kəsilmiş, hətta insanlara xəstəxanalarda ölüm ayağında olan qohumlarını ziyarət etmələrinə icazə verilmirdi. Yığıncaqlara qoyulan qadağanı pozduqlarına görə minlərlə insan polis tərəfindən cərimələnirdi.

Müxalifət siyasətçiləri Consonun istefasını tələb edir. Baş nazir üçün ən çox narahatlıq doğuran onun öz partiyasının bir çox üzvlərinin Consonun mühakiməsi və liderliyindən getdikcə daha çox narahat olmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG