Accessibility links

Britaniyanın baş naziri Türkiyənin Avropa İttifaqına üzv olmasına kömək edəcək


Fransa və Almaniya blokda Türkiyə əleyhinə müxalif səslərə rəhbərlik edir

Britaniyanın baş naziri Devid Kameron Türkiyəni Avropa İttifaqına üzv olması istiqamətində dalana dirənmiş prosesi bərpa etməyə söz verib. Bu gün Ankaradakı çıxışında, cənab Kameron Türkiyəni birliyə dəvət etməyə sevindiyini bildirib və bu məsələnin gecikdirilməsinə narazılığını ifadə edib. Britaniya lideri təklifə qarşı çıxanlar haqda sərt danışaraq deyib ki, onlar proteksionistlərdir və ya İslam haqda qərəzli anlayışları var. Fransa və Almaniya blokda Türkiyə əleyhinə müxalif səslərə rəhbərlik edir. Türkiyə Avropa İttifaqına qoşulmaq üçün danışıqlara 2005-ci ildə başlayıb. Cənab Kameron Türkiyənin Yaxın Şərqdə iqtisadi potensiala və diplomatik təsirə malik olan strateji ortaq kimi önəmliliyini vurğulayıb. Britaniya baş naziri deyib ki, növbəti beş il ərzində, o, Britaniya ilə Türkiyə arasında ticarətin həcmini ikiqat artırmaq istəyir.

XS
SM
MD
LG