Accessibility links

Şahzadə Harri və həyat yoldaşının müsahibəsi Britaniyanın kral ailəsi ilə bağlı mübahisələrə səbəb olub


Şahzadə Harri və həyat yoldaşının müsahibəsi Britaniyanın kral ailəsi ilə bağlı mübahisələrə səbəb olub
please wait

No media source currently available

0:00 0:03:39 0:00

Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın ABŞ televiziyasına verdiyi müsahibə Britaniyanın kral ailəsində mümkün irqçiliklə bağlı mübahisələri gündəmə gətirib.

Bukingem Sarayı şahzadə Harrinin Meqanla evliliyinin kral ailəsini modernləşdirəcəyinə ümid edirdi. Bunun əvəzində mətbuat xəbərləri yeni narahatlıqlar yaratdı.

Şahzadə Harrinin anası qaradərili, atası isə ağ olan həyat yoldaşı Meqan Markl Opra Vinfreyə müsahibəsində kral ailəsinin onun oğlu Arçini şahzadə etməkdən imtina etdiyini və ailənin adını açıqlamadığı bir nümayəndəsinin uşağın dərisinin rəngi ilə əlaqədar narahatlıqlarını bildirdiyini deyib. "Beləliklə, burada mühafizənin təmin edilməyəcəyi, ona titul verilməyəcəyi, həmçinin anadan olanda dərisinin tünd ola biləcəyi ilə bağlı narahatlıqlarla bağlı söhbət aparılırdı."

Kral ailəsində yaşadıqları müddətdə mübarizə apardıqdan sonra öhdəliklərindən geri çəkilən Harri və Meqan keçən ilin mart ayında Kaliforniyaya köçüb.

Meqan kraliça Elizabetin onunla həmişə yaxşı davrandığını deyib. Keçmiş aktrisanın sözlərinə görə, o, cütlüyün mətbuatda irqçi hücumlar hesab etdiyi hallara qarşı mübarizə aparıb, hamilə ikən intiharla bağlı düşüncələri olub, lakin heç bir dəstək almayıb.

Harri maddi dəstəyin kəsildiyindən və gələcək kral olacaq atası şahzadə Çarlzın onun zənglərinə cavab vetməkdən imtina etdiyindən danışıb. "Mənim zənglərimə cavabı kəsmədən əvvəl nənəmlə üç dəfə və atamla iki dəfə söhbətim olub. Sonra o mənə `planını yazılı şəkildə göndərə bilərsənmi?` dedi."

Kral ailəsinin təhlilçisi Riçard Fitzvilliams bu açıqlamaların həyat yoldaşı şahzadə Filip xəstəxanada olduğu zaman kraliça Elizabet üçün ağrılı olacağını və Harri ilə Meqanın sarayla əlaqələrinin kəsildiyini açıq aşkar göstərdiyini deyir. “Onlara qəzəbli və acı hisslər keçirirlər. Bu bir qisasdır, çünki sarayın buna necə münasibət bildirəcəyi dəqiq deyil. Ancaq bu cür iddiaların qarşısında heç nə edə bilməzsiniz. Xüsusilə də irqçilik iddiası, bu tamamilə ağır olacaq. Ancaq mən bunu vurğulamaq istəyirəm ki, bu, məsələnin yalnız bir tərəfidir.”

Bu iddialar Britaniya ictimaiyyətində fikir ayrılıqlarına səbəb olub. Kerin Lui: "Qaradərili bir qadın kimi onun üçün kral ailəsində olmaq asan deyildi və qəzetlər də bu mövzuda o qədər də dostcasına davranmadı."

Təqaüdçü Eleyn Neylor :“Yanlış iş gördüklərini düşünürəm, təəssüflər olsun. Çünki bununla özlərinə heç bir yaxşılıq etmədilər. Ayıb olsun.”

Kral cütlüyü 2019-cu ildə Cənubi Afrikanı ziyarət edib. Harri ölkə ilə yaxın əlaqələr qurub. Bazar ertəsi Yohannesburq sakinləri Meqana dəstək verib. Timmi Matebula: "Onlar evləndikləri andan Britaniya tabloidləri ona hücum etməyə başladı. Buna görə də irqçiliyin rol oynadığını düşünürəm."

Fitzvilliams deyir ki, müsahibə Britaniyanın xaricdəki imicinə təsir göstərə bilər. “Düşünürəm ki, Britaniyada bununla bağlı bir problemi ola bilər, çünki gənclər, fərqli irqə mənsub insanlar arasında fərqli fikirlər olacaq... rəy sorğularını izləmək maraqlı olacaq. Amma bu, olduqca ciddidir."

Harri və Meqan Arçienin bir bacısı olacağını, bir qız uşağı gözlədiklərini də deyiblər. Lakin bu müsahibə kral ailəsinə qarşı seysmik ittihamlarla yadda qalacaq və dünya cavabı gözləyir.

XS
SM
MD
LG